Binance Research: Afrika bitcoin üzrə axtarışda liderdi

    Son zamanlarda bir çox Afrika ölkələrində bitcoin ilə əlaqəli mövzularda internet axtarışlarının sayında kəskin artma müşahidə olunmaqdadır. Bu nəticəyə kriptovalyuta birjası Binance-in tədqiqat bölməsinin analitikləri gəliblər. Binance Research-ın hesabatına əsasən Google-də bitcoin üzrə axtarışların sayı bütün qitələrdə yüksəlib.

      Binance Research öz twitter hesabanda 2011-2019 illər ərzində BTC ilə hansı ölkələrin ən çox maraqlandığını göstərən bir təqdimatı dərc etdi. İnfoqrama əsasən ilk ildə bitcoin ilə Avropa ölkələrindən, Rusiyadan və Yeni Zelandiyadan olan internet istifadəçiləri ilə maraqlandı. 2012-2013-cü illərdə onlara Avstraliya, Honq Konq, İsrail, ABŞ, Kanada və Avstriya sakinləri qatıldı. 2015-ci ildə reytinqə Yunanıstan, ardınca isə Venesuela və Filippin gəldi.

    2017-ci ildən etibarən Afrika ölkələrinin sakinləri kriptovalyuta sektoruna maraq göstərməyə başladılar. Bu sıralamada Nigeriya və Cənubi Afrika Respublikası liderlik edir. Ekspertlər hesab edirlər ki, Afrika ölkələrinin milli valyutaları son zamanlar sürətlə dəyər itirir. Bu faktor insanları aktivlərini qorumaq üçün alternativ yollar axtarmağa məcbur edir. Bitcoin isə onlar üçün son illərdə iqtisadi böhranlar zamanı ən yaxşı alternativ yığım vasitəsi kimi çıxış edib.

Africa-BTC

 

 

Elnur Quliyev

 

Leave a Reply