CoinATMradar.com-ın 30.09.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 5702 ədəd kripto ATM mövcuddur. Statistikaya əsasən hər gün orta hesabla 9 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 62%-də kriptovalyutaları yalnız almaq, 38%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 67.1%-i Litecoin, 60.2%-i Ethereum, 39.7%-i Bitcoin Cash, 19.3%-i Dash, 3.5% Monero-nu dəstəkləyir.
Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 3778, Kanada- 711, Böyük Britaniya- 275, Avstriya- 250, İspaniya-96, İsveçrə-77, Çexiya-69, Rusiya-60, Kolumbiya-54, İtaliya-53, Yunanıstan-50, Polşa-49, Slovakiya-48, Hollandiya-42, Almaniya-39, Rumıniya-38, Macarıstan-29, Avstraliya-26, Türkiyə-25, Gürcüstan-14, Ukrayna- 11.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (31.8%), Genesis Coin (30.1%) və Lamassu (8.5%) ümumi bazarın 70.4%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev