Kriptovalyuta sektorunda hətta yuxuda olanda belə qazana bilərsiniz. Bəli, bu realdır. Bunda sizə kömək edən kripto-ticarət botlarıdır. Kriptovalyuta bazarında ticarət botları xüsusi yer tutur. Bəs krito-botlar nədir, necə işləyir və hansı növləri var?
Kripto-ticarət botları (robotlar) – qabaqcadan müəyyən edilmiş alqoritmlər əsasında istifadəçi adından kriptovalyutaların alqı-satqısında həyata keçirən xüsusi proqram təminatıdır. Botlar bazar məlumatları və ilkin istifadəçi parametrlərinə əsasən kripto aktivlərin ticarətini avtomatik qaydada edirlər. Ticarət botları bir treyderə vaxtının əhəmiyyətli bir hissəsini müxtəlif valyuta cütlərindəki bazar və qiymət hərəkətlərini təhlil etməyə sərf etməməyə imkan verir. Botlar insanlardan fərqli olaraq emosiyalardan məhrumdur və eyni zamanda müxtəlif sayda mübadilə və valyuta cütlükləri ilə işləyə bilər.
Əslində ticarət botları yeni deyil. JP Morgan analitiklərinin hesabalamalarına əsasən birjalarda ticarət əməliyyatlarının 90%-ə qədəri avtomatlaşdırılmış formada aparılır. Birja botları fəaliyyət prinsipinə görə 3 əsas növü var:
- Arbitraj – bu tip botların əsas məqsədi müxtəlif birjalarda olan kritpovalyutaların məzənnələrindəki fərqdən qazanc əldə etməkdir;
- Trend üzrə – bu cür botlar yüksək dəyişkənli bazarlarda daha yaxşı çıxış edir və tendensiya istiqamətində ticarət edərək bazarda böyük bir hərəkəti tutmağa çalışırlar. Bunun üçün çox vaxt müxtəlif texniki göstəricilərdən istifadə olunur.
- Trednin əksi üzrə – belə botların hərəkət prinsipi ümumi bazar tendensiyanın əks istiqamətində olan ticarət əməliyyatlarına əsaslanır. Botlar texniki göstəricilər, dəstək (müqavimət) səviyyələri və yapon şam şablonları siqnallarına əsaslanaraq bazardakı əsas trendə qarşı ticarət əməliyyatlarını həyata keçirir.
Kripto-botların üstün cəhətləri:
- Sürət – botlar insan müdaxiləsi olmadan qabaqcadan müəyyən edilən parametrlər əsasında saniyədə minlərlə əməliyyatı müstəqil şəkildə həyata keçirir;
- Performans – botlar 7/24 rejimində işləyir və eyni zamanda bir neçə yüz ticarət platformasını izləyə bilir;
- İnsan müdaxiləsinin aradan qaldırılması – təcrübəyə əsasən treyderlər emosional gərginlik şəraitində ticarət edərkən daha çox itki verir, botlar isə göstərilən parametrlərə uyğun olaraq avtomatik olaraq hərəkət edir;
- Zərərlərə nəzarət – botlar əlverişsiz hallarda ticarət kapitalının qorunmasına imkan verən risk idarəetmə sistemini formalaşdıra bilir. İstifadəçi tərəfindən müəyyən edilmiş parametrlər əsasında botlar gündəlik, həftəlik və ya aylıq itkilər üçün məhdudiyyətlər təyin edə bilirlər.
Mənfi cəhətlər:
- Analitik risk – botlar yalnız texniki analiz əsasında qərar verir. Onlar texniki analiz məlumatlarının səbəb və əlaqələrini görə bilmirlər, həmçinin ümumilkdə bazara qlobal baxışları yoxdur;
- Əlavə xərclər – avtomatlaşdırma pul tələb edir. bir ticarət botunun əldə edilməsi xərcinə əlavə olaraq, ehtiyat xətti və yaxşı aparat olan yüksək sürətli internet tələb olunur;
- Texniki risk – proqramda hər hansı bir nasazlıq baş verərsə böyük maliyyə itkisi ola bilər;
- Haker hücümü.
Hazırda mövcud olan ən populyar kriptovalyuta botları aşağıdakılardır:
Bir çox təcrübəsiz treyderlər yaxşı bir ticarət botu əldə etdikdən sonra istənilən şərtlərdə ardıcıl olaraq pul qazanacaqlarına inanırlar. Lakin reallıqda belə olmur. Kriptovalyuta bazarı çox dinamikdir və şərtlər daim dəyişir. Bu səbəbdən heç bir bot, alqoritm, keçmişdə yaxşı nəticələr göstərsə belə daima qazanc əldə edə bilməz. Bu sektorda stabil pul qazanmaq üçün bazarı araşdırmaq, daha çox zaman və əmək sərf etməklə yeni ticarət ideyaları axtarmaq lazımdır.
Müəllif: Elnur Quliyev
Kriptovalyutalara investisiya etmək istəyənələr üçün 7 tövsiyyə
Paxful – bitcoin almaq üçün P2P platforma
Kriptovalyuta almaq üçün mübadilə servisləri