2019-cu il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adları açıqlanıb. Mükafat Abhijit Banerje, Ester Duflo və Maykl Kremer-ə qlobal yoxsulluğun azaldılması istiqamətində işlərinə görə təqdim olunub. Akademiyanın açıqladığı bəyanatda deyilir ki, iyirmi il ərzində onların təcrübəyə əsaslanan yanaşması inkişaf iqtisadiyyatında dəyişiklik yaradıb və hazırda çiçəklənən tədqiqat sahəsinə çevrilib.
İqtisadiyyat üzrə Nobel mükafatı 9.000.000 İsveç kronu (təx 900 min dollar) təşkil edir. Massaçuseç Texnologiya İnstitutundan olan fransız qadın Esther Duflo, bu mükafatı alan ikinci qadın oldu. Nobel mükafatına layiq görülmüş ilk qadın isə 2009-cu ildə Elinor Ostrom olub.
Məlumat üçün qeyd edim ki, Nobel mükafatı 1895-ci ildə İsveç ixtiraçısı Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib və ilk dəfə 1901-ci ildə təqdim olunub. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsində, Karolinska İnstitutu fiziologiya və tibb sahəsində, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsində mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.
İqtisadiyyat üzrə Nobel Mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab edilir və 1968-ci ildə İsveçin Mərkəzi Bankı olan Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib.
Iqtisadiyyat üzrə 2018-ci il Nobel mükafatçıları
Nobel mükafatı laureatlarının siyahısı