Visa, Mastercard, eBay, Stripe və MercadoPago Libra Association-dan çıxdıqlarını təsdiq ediblər. Financial Times bu şirkətlərin Libra-dan çıxmasına əsas səbəb kimi son zamanlar Facebook-a Libra ilə bağlı siyası təzyiqlərin olmasını göstərib. Ödəniş şirkətləri olan Stripe və MercadoPago Libranın potensialını qəbul etsələr də PayPall-ın ardınca layihədən çıxdıqlarını bəyan ediblər.
Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri G20 dövlətlərinin 17-18 oktyabr tarixlərində keçiriləcək zirvə toplantısında “Facebook”un bazara çıxarmağa hazırlaşdığı Libra-ya qlobal səviyyədə tənzimləyici təşkilatlardan reaksiya verilməsi ilə bağlı tələb irəli sürəcək. Maliyyə nazirləri G20 ölkələrindəki tərəfdaşlarını rəqəmsal şirkətlər üçün vergi qanunlarında islahat aparmağa çağıracaqlar və qlobal böyüməni risk altına alan ticarət gərginliklərinin təcili şəkildə aradan qaldırılmasının zəruri olduğunu vurğulayacaqlar.
Facebook Libra “kriptovalyuta”sını təqdim etdi
Elnur Quliyev: Libra kriptovalyuta deyil!