Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə noyabrın 6-7 Boulevard Hoteldə “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” adlı IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Forumda maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərin nümayəndələri iştirak edəcək.
Forum 6 paneldən ibarət olacaq:
- Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar
- Bankçılıq – rəqəmsallaşmaya doğru
- Bankçılığın transformasiyasının müxtəlif tərəfləri
- Yeni ödəniş dünyası
- Komplayns və tənzimləmə riskləri
- Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi
İştirakçılar və spikerlər arasında Mastercard, Oracle, Dell, Commerzbank, Cross, BS/2, Zolotaya Korona, S&P Global Ratings, PayPorter, Qulix, Adecco, , Diebold Nixdorf, Tieto, Simbrella, Group-İB, FİCO Tonbeller, Polish Bank Assocation, Solanteq, Pafilia, Terrasoft, Spektr Center for Research and Development, RDTEX şirkətlərinin nümayəndələri var.
Kriptoinvest.az “IV Beynəlxalq Bankçılıq Forumu”-nun media tərəfdaşı kimi çıxış edir.