Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına əsasən ezamiyyə xərcləri dedikdə – ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclər və nəqliyyat xərcləri nəzərdə tutulur.
Ezamiyyə xərclərinin 1 günlük normasına – mehmanxana və gündəlik xərclər daxildir. Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.
Nəqliyyat xərclərinə – ezam olunma yerinə getmək və qayıtmaq xərcləri, həm də ezam olunma yerinə getmək üçün taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana, təyyarə meydanına getmək üçün ölkədaxili nəqliyyat xərcləri daxildir. Bu nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 65 manat müəyyən edilmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə verilən sutkalıq ödənişlərin norması isə Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün isə 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdir.
Ezamiyyə qaydaları
• İşçi tərəfindən ezamiyyə sifarişi doldurulur. Sifarişdə ezamolunacaq ərazi, şəxslər və ezamiyyət müddəti göstərilr.
• Rəhbərlik tərəfindən səfər təsdiq olunarsa, əmrlə rəsmiləşdirilir.
• Ezamolunan şəxsə səfər olunacaq ərazinin gündəlik normasına uyğun məbləğ işçinin hesabına ödənilir.
• İşçi ezamiyyət dən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələr
• Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi; • Mehmanxana xərclərini təsdiq edən sənədlər.
• Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkiledir.
• Mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faiziödənilir.
• Respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
Xarici ölkələrə ezamiyyə
• Pasport və ya onuəvəzedən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavəe dilir.
• Xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir.
• Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.
• Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi
• Yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.
Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları
Sıra №-si | Ölkənin adı | Valyutaların adı |
Ezamiyyə xərclərinin 1 günlük norması |
1. |
2. | 3. |
4. |
1. | Rusiya Federasiyası | ABŞ dolları | 150 |
Moskva və Sankt-Peterburq şəhərləri | 240 | ||
2. | Tacikistan | ABŞ dolları | 140 |
Düşənbə şəhəri | 160 | ||
3. | Özbəkistan | ABŞ dolları | 100 |
Daşkənd şəhəri | 160 | ||
4. | Belarus | ABŞ dolları | 140 |
Minsk şəhəri | 180 | ||
5. | Ukrayna | ABŞ dolları | 160 |
Kiyev şəhəri | 210 | ||
6. | Moldova | ABŞ dolları | 110 |
Kişineu şəhəri | 150 | ||
7. | Qazaxıstan | ABŞ dolları | 130 |
Almatı və Astana şəhərləri | 200 | ||
8. | Qırğızıstan | ABŞ dolları | 130 |
Bişkek şəhəri | 160 | ||
9. | Gürcüstan | ABŞ dolları | 140 |
Tbilisi şəhəri | 155 | ||
10. | Türkmənistan | ABŞ dolları | 95 |
Aşqabad şəhəri | 130 | ||
11. | Latviya | avro | 105 |
Riqa şəhəri | 140 | ||
12. | Litva | avro | 120 |
Vilnüs şəhəri | 145 | ||
13. | Estoniya | avro | 95 |
Tallin şəhəri | 140 | ||
14. | Böyük Britaniya | funt sterlinq | 170 |
London şəhəri | 190 | ||
15. | Lixtenşteyn | avro | 200 |
16. | Avstriya | avro | 185 |
17. | Almaniya | avro | 225 |
18. | Belçika | avro | 215 |
19. | İrlandiya | avro | 215 |
20. | Monako | avro | 195 |
21. | Norveç | avro | 225 |
22. | Niderland | avro | 225 |
23. | San-Marino | avro | 215 |
24. | Fransa | avro | 205 |
Paris şəhəri | 250 | ||
25. | Türkiyə | avro | 150 |
Ankara və İstanbul şəhərləri | 165 | ||
26. | İtaliya | avro | 185 |
27. | Xorvatiya | avro | 185 |
28. | Bosniya və Herseqovina | avro | 160 |
29. | Danimarka | avro | 180 |
30. | İsveçrə | avro | 210 |
31. | Lüksemburq | avro | 190 |
32. | Makedoniya | avro | 190 |
33. | Kipr | avro | 160 |
34. | Macarıstan | avro | 160 |
35. | Malta | avro | 160 |
36. | Portuqaliya | avro | 170 |
37. | Slovakiya | avro | 160 |
38. | Finlandiya | avro | 210 |
39. | Çexiya | avro | 190 |
40. | Serbiya | avro | 155 |
41. | Monteneqro | avro | 155 |
42. | Andorra | avro | 200 |
43. | Albaniya | avro | 160 |
44. | Yunanıstan | avro | 180 |
45. | İslandiya | avro | 190 |
46. | İspaniya | avro | 200 |
47. | Polşa | avro | 175 |
48. | İsveç | avro | 225 |
49. | Bolqarıstan | avro | 135 |
50. | Rumıniya | avro | 175 |
51. | Sloveniya | avro | 145 |
52. | ABŞ | ABŞ dolları | 330 |
Nyu-York şəhəri | 350 | ||
53. | Argentina | ABŞ dolları | 195 |
54. | Braziliya | ABŞ dolları | 225 |
55. | Kanada | ABŞ dolları | 190 |
56. | Meksika | ABŞ dolları | 165 |
57. | Amerika qitəsi üzrə digər ölkələr | ABŞ dolları | 165 |
58. | Bəhreyn | ABŞ dolları | 165 |
59. | Səudiyyə Ərəbistanı | ABŞ dolları | 165 |
60. | Birləşmiş Ərəb Əmirlikləri | ABŞ dolları | 235 |
61. | İordaniya | ABŞ dolları | 140 |
62. | İran | ABŞ dolları | 160 |
63. | Qətər | ABŞ dolları | 180 |
64. | Küveyt | ABŞ dolları | 180 |
65. | Oman | ABŞ dolları | 170 |
66. | Suriya | ABŞ dolları | 160 |
67. | İraq | ABŞ dolları | 160 |
68. | İsrail | ABŞ dolları | 170 |
68-1. | Fələstin | ABŞ dolları | 170 |
69. | Livan | ABŞ dolları | 170 |
70. | Liviya | ABŞ dolları | 170 |
71. | Bruney | ABŞ dolları | 155 |
72. | Yəmən | ABŞ dolları | 185 |
73. | Əlcəzair | ABŞ dolları | 165 |
74. | Mərakeş | ABŞ dolları | 180 |
75. | Misir | ABŞ dolları | 180 |
76. | Tunis | ABŞ dolları | 180 |
77. | Seneqal | ABŞ dolları | 185 |
78. | Sudan | ABŞ dolları | 165 |
79. | Cibuti | ABŞ dolları | 155 |
80. | Çad | ABŞ dolları | 225 |
81. | Cənubi Afrika Respublikası | ABŞ dolları | 240 |
82. | Afrika qitəsi üzrə digər ölkələr | ABŞ dolları | 155 |
83. | Çin Xalq Respublikası | ABŞ dolları | 185 |
84. | Sinqapur | ABŞ dolları | 235 |
85. | Tailand | ABŞ dolları | 205 |
86. | Malayziya | ABŞ dolları | 205 |
87. | Şri-Lanka | ABŞ dolları | 155 |
88. | Hindistan | ABŞ dolları | 155 |
89. | Nepal | ABŞ dolları | 155 |
90. | Banqladeş | ABŞ dolları | 155 |
91. | Pakistan | ABŞ dolları | 165 |
92. | Butan | ABŞ dolları | 145 |
92 | Myanma | ABŞ dolları | 155 |
93. | Monqolustan | ABŞ dolları | 145 |
94. | Laos | ABŞ dolları | 155 |
95. | Vyetnam | ABŞ dolları | 155 |
96. | İndoneziya | ABŞ dolları | 205 |
97. | Əfqanıstan | ABŞ dolları | 175 |
98. | Kamboca | ABŞ dolları | 175 |
99. | Mavritaniya | ABŞ dolları | 175 |
100. | Mali | ABŞ dolları | 195 |
101. | Maldiv adaları | ABŞ dolları | 165 |
102. | Hibraltar | avro | 150 |
103. | Koreya Xalq Demokratik Respublikası (KXDR) | ABŞ dolları | 225 |
104. | Koreya Respublikası | ABŞ dolları | 245 |
105. | Yaponiya | Yapon iyeni | 34720 |
106. | Filippin | ABŞ dolları | 210 |
107. | Yeni Zelandiya | ABŞ dolları | 195 |
108. | Avstraliya və Okeaniya | ABŞ dolları | 195 |
Ezamiyyə zamanı aylıq əməkhaqqının hesablanması qaydaları
• işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, həmin müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir (ƏməkMəcəlləsi, maddə 179).
• işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Qeyd: norma daxilində faktiki gündəlik ezamiyyə xərclərinə (mehmanxana xərcləri istisna olmaqla) təsdiqedici sənəd tələb olunmur, amma qanunvericilikdə nəzərdə tutulan normalardan artıq ezamiyyə xərci çəkildikdə normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim edilməlidir. Belə ki, ezam olunmuş işçi tərəfindən ezamiyyə zamanı ezamiyyə xərclərinin qanunvericilikdə nəzərdə tutulan normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim etdikdə həmin xərclərin əvəzinin ödənilməsi işçinin vergi tutulan gəlirinə aid edilmir, lakin ezamiyyə xərclərinin normadan artıq olan hissəsi müvafiq sənədlərlə təsdiq edilmədikdə isə həmin məbləğ işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə daxil olunaraq gəlir vergisinə cəlb edilir.
Misal 1. Müəssisə İşçisini Naxçıvan şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesa¬batında 60 manat vəsaiti istifadə etdiyini göstərmiş və mehmanxana xərclərini təsdiqləyən müvafiq sənədləri təqdim etmişdir. Bu halda NK-nin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən Naxçıvan şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 70 manat olduğunu nəzərə alaraq müəssisənin işçiyə verdiyi 60 manat pul vəsaiti norma daxilində olduğundan və mehmanxana xərclərini təsdiqləyən sənədləri təqdim etdiyi üçün işçinin aldığı 60 manat onun muzdlu işlə əlaqədar əldə etdiyi gəlirə daxil edilmədiyi üçün gəlir vergisi hesablanmır.
Misal 2. Müəssisə aylıq vergi tutulan gəliri 300 manat olan işçisini 2019-cu ilin iyun ayında Bakı şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesabatında 140 manat vəsaiti istifadə etdiyini göstərmişdir bu vəsaitin 100 manatını mehmanxana xərci 40 manatını isə gündəlik xərc təşkil edir.
Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən ezamiyyə zamanı Bakı şəhərində 1 günlük norması 90 manat olduğu üçün mehmanxana xərc norması 72 manat (90 x 80% = 72 manat) və gündəlik xərc norması isə 18 manatdır (90 x 20% = 18 manat). Respublika ərazisi daxilində ezamiyyətlər zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməyən hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissənin 50 faizinin ödənildiyini nəzərə alaraq bu misal üçün aşağıdakı 2 mümkün hala baxaq.
1-ci hal. İşçi 100 manat mehmanxana xərcinin və gündəlik xərcin normadan artıq olan hissəsinin yəni 22 manatın təsdiq edən sənədlərini avans hesabatına əlavə etmişdir.
Bu halda, artıq xərclənmiş 28 manat (100 – 72 = 28 manat) mehmanxana xərci və 22 manat (40 – 18 = 22 manat) gündəlik xərc işçinin gəlirinə aid edilmir, çünki Vergi Məcəlləsinin 98.3-cü maddəsində norma daxilində yox, faktiki ezamiyyə xərc¬lərindən söhbət gedir. Yalnız bir məqama diqqət etmək lazımdır ki, faktiki ezamiyyə xərcləri sənədlərlə təsdiq olunmalıdır.
2-ci hal. İşçi mehmanxana xərcinin və gündəlik xərcin təsdiq edici sənədləri olmadığı üçün avans hesabatına əlavə etməmişdir.
Bu halda, gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 36 manat (72 x 50% =36) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 18 manat (90x 20%=18) gəlirə daxil edilmir. Amma işçi sənəd təqdim etmədiyi üçün gündəlik mehmanxana xərci normasınin 50 faizindən artıq olan 64 manat (100–36=64) mehmanxna xərci və gündəlik xərcin normadan artıq olan hissəsi üçün sənəd tələb olunduğu üçün 22 manat (40–18=22) gündəlik xərc işçinin iyun ayının vergi tutulan gəlirinə əlavə olunmalıdır. Beləliklə, iyun ayı üzrə işçinin aylıq vergi tutulan gəliri 386 manat (300+ 64+22=386) olacaqdır.
mənbə: vergiler.az