“Heydər Əliyev” ordeni

      Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordenidir.  Bu orden Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” 22 aprel 2005-ci il tarixli Qanunu ilə təsis edilib. “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, 0,83 karatlıq 8 brilyant daşdan, 5,34 karatlıq 224 brilyant daşdan, 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.

1278022

   “Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər. Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

  • Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
  • Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə;
  • “Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

Əcnəbilərə aşağıdakı hallarda verilir:

  • Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
  • Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
  • Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

ab23866d97c3ba93773ad6d67ddacc79.jpg

   “Heydər Əliyev” ordeni indiyə kimi cəmi 26 şəxsə verilib və ilk laureatı Prezident İlham Əliyev olub. “Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslərin siyahısı:

1. 28.04.2005 – İlham Əliyev, Azərbaycan Respublikasın Prezidenti (onun statusuna görə);

2. 29.04.2005 – İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə);

3. 29.01.2007 – Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

4. 27.03.2007 – Mstislav Leopoldoviç Rostropoviç, məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə);

5. 21.05.2008 – Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

6. 27.11.2008 – Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı ( mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

7. 14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

8. 02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

9. 10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

10. 18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

11. 11. 14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

12. 11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

13. 13.09.2013 – Arif Məlikov, Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

14. 11.11.2013 – Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

15. 17.11.2013 – Viktor Fyodoroviç Yanukoviç, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə);

16. 02.09.2014 — Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə);

17. 29.06.2015 – Mehriban Arif qızı Əliyeva, Azərbaycanın birinci xanımı (mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə);

18. 28.11.2016 – Aleksandr Qriqoryeviç Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

19. 26.12.2016 – Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, millət vəkili (mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə);

20. 03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının Prezidenti. (Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

21. 20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı  (mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

22. 18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti (Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

23. 10.05.2019 – Xoşbəxt Yusifzadə, Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə);

24. 26.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. (Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə).

25. 23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə.

26. 13.01.2020 – Xoşbəxt Yusifzadə, Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə.

 

 

Azərbaycan manatı – əskinaslar və onların mənası

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri

 

 

Leave a Reply