2019-cu ilin ən effektiv aktivi – Bitcoin

     Bitcoin-in səhm və istiqrazlar kimi ənənəvi sərmayələrdən daha yaxşı olub-olmadığı barədə hələ də çox sayda mübahisələr var. Lakin 2019-cu ilin cari nəticələrinə əsasən bitcoin bu mübahisəni hələ ki, öz xeyrinə qazanmağı bacarıb.

     Bitcoin 2017-ci ildə ən yüksək səviyyəyə – 20.089 dollara çatdıqdan sonra 2018-ci ildə 3.500 dollara qədər ciddi eniş yaşadı.  Bununla belə 2019-cu ilin əvvəlindən indiyə qədər bitcoin 140% dəyər qazanaraq hazırda 9.300 dollar səviyyəsində ticarət olunur. Qısa müqayisə aparaq: 2019-cu ildə Nasdaq səhmləri +30%, S&P 500 +24%, ABŞ dolları +4%, Neft +24%, qızıl +18% artsa da bitcoin (+140%) ilə müqayisədə azdır.  2019-cu il bitməsə də, rentabelli aktivlər arasında bitcoin lider mövqeyini qoruyub saxlaya biləcəyi və hətta qiymətə əlavə edə biləcəyi ehtimalı da böyükdür.

piced4e573b22a886833258be48b367ea53.jpg

 

Elnur Quliyev

Leave a Reply