Azərbaycanda satışda olan yubiley pul nişanları

   Azərbaycan Mərkəzi Bankı tərəfindən mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələr və s. mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxılır. Bu pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. Hazırda satışda olan yubiley və xatirə pul nişanlarının siyahısı Mərkəzi Bankın saytında dərc edilib və ümumi sayı 18-dir.

Satışda olan yubiley və xatirə pul nişanlarının qiymətləri:

Yubiley və xatirə pul nişanları

Metalı

Çəkisi

Satış qiyməti (manatla)

Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş pul nişanı

qızıl

1 unsiya

2835.95

Azərbaycanda Mərkəzi Bankçılığın yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

170.00

Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

170.00

Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş pul nişanı

parlaq gümüş

28.28 qr

42.87

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

103.87

Milli Mətbuatın 135 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

116.87

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş pul nişanı

qızıl

1 unsiya

2835.95

Mərkəzi Bankın yaradılmasının 20 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

90.87

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş pul nişanı

qızıl

1 unsiya

2835.95

Bakı Tiflis Qars dəmir yolunun təməli münasibətilə buraxılmış pul nişanı

gümüş

1 unsiya

89.87

Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş pul nişanı

qızıl

1 unsiya

2835.95

Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

89.87

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”-in orbitə çıxması münasibətilə buraxılmış pul nişanı

gümüş

1 unsiya

89.87

 

TANAP sazişinin imzalanmasına həsr olunmuş pul nişanı

gümüş

1 unsiya

89.87

Azərbaycan Xalq Cümruriyyətinin 100 illiyinə həsr olunmuş pul nişanı

qızıl

3/4 unsiya

2204.47

Azərbaycan Xalq Cümruriyyətinin 100 illiyinə həsr olunmuş pul nişanı

qızıl 1/2 unsiya

1572.98

Avropa oyunlarının keçirilməsi münasibətilə buraxılmış pul nişanı (güləş, oxatma, suya tullanma, gimnastika, kanoe)

gümüş

1 unsiya

89.87

Avropa oyunlarının keçirilməsi münasibətilə buraxılmış pul nişanı (güləş, oxatma, suya tullanma, gimnastika, kanoe)

kupronikel

28.28 qr

22.00

* 06.11.2019, 1 unsiya=31.1 qr

    Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (link: https://contact.e-cbar.az/) sifariş edə bilərlər. Pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

image-0.png

image-1-1.png

image (2)

image-3-1.png

image-4-1.png

 

Azərbaycan manatı – əskinaslar və onların mənası

 

Elnur Quliyev

 

Leave a Reply