Azərbaycanda blockchain əsaslı identifikasiya sistemi yaradılıb

  Azərbaycanda blockchain əsaslı rəqəmsal identifikasiya sistemi 2020-ci ilin 1-ci rübündə istifadəyə veriləcək. Bunu Mərkəzi Bankın informasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forum-da çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni sistem kredit təşkilatlarına ötürülən fərdi məlumatların təhlükəsizlik səviyyəsini yüksəldəcək və əksər əməliyyatları uzaqdan həyata keçirilməsinə imkan yaradacaqdır. İlkin mərhələdə hüquqi və fiziki şəxslərə hesabların açılmasını uzaqdan həyata keçirilməsi planlaşdırılır. Bundan sonra digər bank xidmətləri də həyata keçiriləcək. Son mərhələdə isə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlərin monitorinqinin avtomatlaşdırılması planlaşdırılır. Rəqəmsal identifikasiya sisteminin inteqrasiyasının birbaşa nəticəsi Mərkəzi Bankın “açıq bankçılığa” keçməsi olacaq.

005171-e1573072200221.jpg

     Xatırladım ki, Mərkəzi Bank 2018-ci ilin sentyabr ayında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı IBM East Europe/Asia Ltd şirkəti ilə müqavilə bağlayıb.

 

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma