Kanadanın ən böyük bankı olan The Royal Bank of Canada (RBC) rəqəmsal aktivləri öz sisteminə inteqrasiya etmək üçün ölkənin maliyyə tənzimləyicisinə 4 patent üzrə müraciəti edib. Bu patent banka bitcoin və ethereum kimi kriptovalyutaların mübadilə edilməsi üçün ticarət platformasının yaradılması imkanını verəcək. Patent təsdiqlənərsə The Royal Bank of Canada müştərilərinə rəqəmsal aktivləri saxlamaq imkanı olan bank hesablarının açılmasını təklif edəcək. Bu hesabların köməyi ilə bankın müştəriləri mağazalardan və internetdən alış-veriş edə biləcəklər.