Ədalət Muradov: İqtisad Universiteti kriptovalyuta buraxacaq

   Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “UNECoin” adlı kriptovalyuta buraxmağı planlaşdırır. Bunu UNEC-in rektoru Ədalət Muradov Bakıda keçirilən Elektron Ticarət Forumunda çıxışı zamanı deyib.

    Ədalət Muradov: “Bu, çox ciddi məsələdir. Dünyada belə bir analoq yoxdur ki, universitetin öz virtual pul vahidi olsun. Biz istəyirik, bunu ilk dəfə olaraq reallaşdıraq. Bu istiqamətdə hələ ki, ciddi bir irəliləyiş olmasa da, məsələ diqqət mərkəzindədir. Layihə icra olduğu təqdirdə tələbələr universitetin virtual pul vahidi vasitəsilə təhsil haqlarının ödənişini həyata keçirə biləcəklər.”

image.jpg

 

Leave a Reply