Çinin fintech şirkəti Hande Financial Technology Holdings Co., Ltd (HDFH), blockchain-də rəqəmsal bankların qlobal konsorsiumunu işə salmaq üçün xüsusi investisiya fondu yaratdı. HDFH sədri Kao Tong Şanxayda keçirilən ikinci Çin Beynəlxalq İdxal Malları Sərgisi (CIIE) zamanı çıxış edərkən “Fintech sənayesində investorların təcrübəsinə əsaslanaraq Fond, rəqəmsal bankların qlobal konsorsiumunun yaradılması üçün əsas olacaq aparıcı rəqəmsal bankın yaradılmasını maliyyələşdirməyi planlaşdırır. İlk addım investisiya etmək və bankın rəqəmsal transformasiyasını həyata keçirməkdir” deyib.
İnvestisiya Fondunun budcəsinin 1 milyard dollara yaxın olacağı gözlənilir. HDFH ilə yanaşı, Yillion Bank və Zhongguancun Private Equity & Venture Capital Association (ZVCA) da Fonduna qoşulacaq. İnvestisiya müddəti 6 il, investisiya qoyuluşunun geri çıxarılması isə 2 il olacaq.