Lamborghini blockchain istifadə edir

   İtaliyanın lyuks idman avtomobilləri markası olan Lamborghini  öz məhsullarını təsdiqləmək, izləmək və sertifikatlaşdırmaq üçün Salesforce blokçeynindən istifadə edir. lamborghini_blockchain_car (1)Təhlükəsiz bir şəbəkə yaratmaq üçün Hyperledger baza əsaslı Salesforce blokçeyn platforması vasitəsilə iştirakçılar istifadə edilmiş bir avtomobil almaq istədikləri təqdirdə avtomobilə aid detalları yoxlaya biləcəklər.  Lamborghini nümayəndələrinin sözlərinə əsasən bir qayda olaraq bir avtomobil alınıb satarkən bir neçə dəfə müayinədən keçir. Şirkət hər bir avtomobil haqqında məlumatları qeyd etmək üçün fotoqraflar, auksion evləri, satıcılar və təmir-servis şirkətləri ilə işləyir. Lamborghinin alıcıları və avtomobilin təmir xidmətləri ilə bağlı bütün məlumatlar blokçeyndə dəyişməz qeydlər şəklində daxil ediləcəkdir. Yeni sistem potensial alıcıları saxtakarlıq hallarından qorumağa kömək edəcək, çünki onlar avtomobilin orijinallığını və bütün təmir-servis məlumatlarını asanlıqla yoxlaya bilər.

Untitled-design-37

       Məlumat üçün qeyd edək ki, bundan əvvəl şirkət tək nüsxədə buraxılan Lamborghini Aventador S modelini sertifikatlaşdırmaq üçün Salesforce blockchain-dən istifadə etmişdi.

Leave a Reply