Kripto bankomatların (ATM) sayı – Noyabr 2019

   CoinATMradar.com-ın 30.11.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 6.063 ədəd kripto ATM mövcuddur. Statistikaya əsasən noyabr ayı ərzində hər gün orta hesabla 7 ATM quraşdırılıb. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 68.9%-i Litecoin, 60.1%-i Ethereum, 34%-i Bitcoin Cash, 21.8%-i Dash, 3.5% Monero-nu dəstəkləyir.

image-1.png

     Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 4175, Kanada- 731, Böyük Britaniya- 295, Avstriya- 192,  İspaniya-85, İsveçrə-79, Çexiya-70, Yunanıstan-64, Rusiya-64, İtaliya-62, Kolumbiya-57, Polşa-54, Almaniya-42, Slovakiya-39, Rumıniya-39, Niderland-28, Avstraliya-27, Macarıstan-20, Ukrayna- 16, Gürcüstan-14.

     Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (32.9%), Genesis Coin (31.9%) və Lamassu (8.1%) ümumi bazarın 72.9%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.

image (2)

     Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

fb86023d6e.jpg

 

Müəllif:  Elnur Quliyev

Leave a Reply