Elektron İmza nədir?

    Elektron imza bizim virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə real mühitdə hasısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır. 1501321942_2 Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza, “elektron imza və elektron sənəd haqqında” qanuna görə, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir. Elektron imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür.

      Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. Azərbaycanda “Elektron imza və elektron sənəd haqqında” qanun 2004-cü ildə qəbul edilib. Elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar və sertifikatları haqqında ətraflı məlumat əldə etmək üçün www.e-imza.az resursundan istifadə etmək olar.

elektron_imza1

     Elektron imzadan bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilər. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza vətəndaş-hökumət, hökumət-vətəndaş, biznes-hökumət, hökumət-biznes arasında elektron informasiya münasibətlərini təmin edir. Elektron imzadan istifadənin aşağıdakı üstünlükləri var:

  • Elektron sənəd dövriyyəsi və təhlükəsizlik
  • Kağız əməliyyatlarının ləğvi
  • Sənədlərlə iş prosesində şəffaflıq
  • Eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı
  • Hesabatların hazırlanmasında avtomatlaşdırma
  • Sənəd arxivləri işinin səmərəli təşkili
  • İdarəetmə effektivliyinin yüksəldilməsi

       Qeyd: Vətəndaşlar üçün E-imza sertifikatının qiyməti 18 AZN, istifadə müddəti isə 3 ildir. Onlayn sifariş etdilən elektron imza sertifikatını yaşadığınız yerə yaxın olan “Azərpoçt” MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən almaq olar.

elektron_imza_090117.jpg

Gücləndirilmiş imza nədir?

    Gücləndirilmiş elektron imza – imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;

Gücləndirilmiş e-imzanın üstünlükləri:
•  Gizlilik (confidentiality);
•  Bütünlük (integrity);
•  Tanınma (authentication);
•  Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).

     Elektron sertifikatlar, şəxsiyyət vəsiqəsi və başqa şəxsi sənədlərin isbat edilməsi üçün elektron əhatədə istifadə edilən elektron sənəddir. Sertifikatlar X.509 standartına uyğun olaraq istehsal olunur və bu standartlara uyğun Web skanerlərə, smart kartlara yüklənə bilər. Qanuna uyğun olaraq etibarlı elektron imza, gücləndirilmiş elektron sertifikatdan istifadə edilərək yaradılır. Bir elektron sertifikatın gücləndirilmiş olması üçün aşağıdakı xüsusiyyətlə cavab verməlidir.
•  Sertifikatın gucləndirilmiş elektron sertifikat olduğuna dair bir dəlil.
•  Sertifikat xidmət təmin edicisinin şəxsiyyət məlumatları və qurulduğu ölkə adı
• İmza sahibinin diaqnoz edilə biləcəyi şəxsiyyət məlumatları (Ad, soyad və şəxsiyyət nömrə məlumatları)
•  Elektron imza meydana gətirmə məlumatına qarşılıq gələn imza təsdiqləmə məlumatı (açıq açar)
•  Sertifikatın etibarlılıq müddətinin başlanğıc və bitmə tarixləri (SXM sertifikatlarının etibarlılıq müddəti, sertifikat çıxarıldığı anda başlar, tam 3 il sonra bitər.)
•  Sertifikatın ardıcıl nömrəsi
•  Sertifikat sahibi digər bir adam adına hərəkət edirsə bu səlahiyyətinə bağlı məlumat (SXM sertifikatları üçün etibarlı deyilidir.)
•  Sertifikat sahibi tələb etsə peşə və ya digər fərdi məlumatları (SXM sertifikatları üçün etibarlı deyilidir.)

E-imzanın Asan İmzadan fərqi

    Elektron imzanın Asan İmzadan fərqi odur ki, elektron imza kartından hər istifadə zamanı ödəniş tələb olunmur. Elektron imza sertifikatının qiyməti dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN, istifadə müddəti isə 3 ildir.

     Asan İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə, mobil operatorların birindən (“Azercell”, “Bakcell”, “Nar Mobile”) Asan imza SİM kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və Asan imza SİM kartı (“ICCID” nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi Ödəyicilərinə Xidmət Xərkəzinə və ya Asan xidmət mərkəzlərində fəaliyyət göstərən ASXM-in pəncərəsinə) müraciət etməlidir. Fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları Asan imza mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə – 18 AZN-ə əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. Aylıq xidmət üçün 1,00 manat və hər Asan imzadan istifadə zamanı göndərilən SMS üçün isə 0,03 manat xidmət haqqı tutulur. Asan İmza xidmətini dəstəkləyən sim kartın əldə edilməsi  3.54 manat təşkil edir.

 

Asan İmza nədir?

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma