Juventus klubu öz kriptovalyutasını – JUV token buraxdı

   İtaliyanın məşhur futbol klubu Juventus öz kriptovalyutasını – JUV token buraxıb. Bunun üçün klub Socios.com blockchain platforması ilə partnyorluq müqaviləsi imzalayıb. Dəyəri 2 avro olan JUV token 2020 mövsümü üçün Fan Token Offering (FTO) layihəsi üzrə buraxılıb. Klubun tokenlərini Socios.com platformasının daxili tokeni olan CHZ (Binance birjasında qiyməti 0.011$) ilə almaq mümkün olacaq. Bu tokenlər klubun fanatlarına müxtəlif səsvermə və sorğularda iştirak etməyə, klubun məhsul və digər mükafatlarını Socios.com-un mobil tətbiqi ilə almağa imkanı verəcəkdir.

1f6a8c13e9ad3f5834c021299749e8025-2644689a163edc8e1e39f9cff23d2cca2

    Xatırladaq ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk mobil tətbiqdir. Socios.com Atletico Madrid, Paris Saint-Germain, AS Roma və West Ham United futbol klubları ilə rəqəmsal sikklər – tokenlərin buraxılması üçün əməkdaşlıq edir.

Leave a Reply