Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.
Cox əla olacaq düşnürəm