Kasko yoxsa İcbari sığorta?!

   Hər gün ölkəmizdə onlarca avtomobil qəzaları olur və bu qəzalar çox zaman sürücülərin diqqətsizliyi, bəzən isə yol və ya hava şərtləri ucbatından baş verir. Nəticədə həm nəqliyyat vasitələri, həm də insanlar bu qəzalardan zərər görür.Без названия Bu zərərlərdən yaranan xərclərdən xilas olmaq üçün avtomobili Kasko və İcbari sığorta etdirmək lazımdır. Avtomobil sığortası deyiləndə ilk ağıla gələn “nəqliyyat vasitələrinin icbari sığortası” olur. Bunun da əsas səbəbi bu sığortaının “məcburi” olmasıdır. Kasko sığorta isə könüllü və nisbətən bahalı olduğu üçün sürücülərin bir o qədər də maraq göstərmir. Təcrübə onu göstərir ki, hazırda bir çox sürücülər hələ də kasko və icbari sığortanın fərqini tam anlamır. Adətən məzmun etibarı ilə qarışdırılan lakin əslində bir-birini tamamlayan bu iki sığorta növü arasında prinsipial fərqlər var. Gəlin bu sığorta növləri arasında olan 6 əsas fərqləri nəzərdən keçirək:

Kasko istəyə bağlı, İcbari nəqliyyat sığortası isə məcburidir.

  • İcbari sığorta sizin digər şəxslərə qarşı yaranacaq öhdəliklərinizi təminat altına aldığı üçün məcburidir;
  • Kasko isə sizi və avtomobilinizi təminata aldığı üçün könüllüdür.

İcbari sığorta qarşı tərəfin, kasko isə sizin avtomobilə dəymiş ziyanı qarşılayır.

  • Avtomobilin İcbari sığortası hadisə baş verdikdə yalnız qarşı tərəfə dəyən ziyanını qarşılayır. Yəni, sizin avtomobilinizə dəyən ziyan və ya sizin müalicə xərclərinizi qətiyyən ödəmir;
  • Kasko siğortası isə avtomobilinizə dəyən bütün ziyanı qarşılayan sığorta növüdür. Qəza halında avtomobilinizə və sizin sağlamlığınızla bağlı əmələ gələn bütün xərcləri ödəyir. Bundan əlavə, oğurluq, yanğın, partlayış, yol nəqliyyat hadisəsi və s. hallarda yaranacaq zərərləri də şəhadətnamədə göstərilən təminatlar ölçüsündə qarşılayır.

car-insurance-2

Riskləri (xərcləri) qarşılama məhdudiyyətləri fərqlidir.

  • İcbari nəqliyyat sığortası məhdudiyyətlərini hər il dövlət müəyyən edir və sabitdir. Qəza, yaralanma və ya ölüm halında bu məhdudiyyətlər üzərindən ödəmə aparılır. Bu limitlərin aşılması halında isə keçən hissənin məsuliyyəti sizə məxsusdur. Məsələn, bir qəza anında qarşı tərəfə 7.000 AZN dəyərində ziyan vurmusunuz. İcbari nəqliyyat sığortası üzrə məhdudiyyəti 5.000 AZN-dir və artıq yaranan 2.000 AZN xərcin məsuliyyəti sizə aid olur;
  • Kasko Sığortasının daşıdığı təminatlar sabit deyil. Yəni şəhadətnamədə göstərilən təminatlar üzrə (yanğın, partlayış, oğurluq və .s) və ya əlavə təminatlar seçərək sığortalaya bilərsiniz.

 Sığorta haqqı fərqi.

  • Nəqliyyatın İcbari sığorta haqları dövlətin müəyyənləşdirdiyi təminatların üzərindən ümumi elan edilən tarif üsuluna görə aparılır. Yəni, hər bir sığorta şirkəti eyni riski eyni məhdudiyyətlər çərçivəsində qarşılamaq üçün eyni sığorta haqqı alır;
  • Kasko sığortasında isə vəziyyət daha fərqlidi. Kasko şəhadətnamədə göstərilən təminatlar fərqli olduğu üçün bu sığorta növündə məqsəd ən ucuz sığortanı deyil, sizin üçün ən uyğun təminatları tapmaqdır. Bu zaman kasko üzrə sığorta haqqı avtomobilin buraxılış ili, bazar dəyəri, sürücülük stajı və sizin seçəcəyiniz konkret təminatlara əsasən dəyişir.

KASKO1

Kasko ilə İcbari sığortanın qiymət fərqinin səbəbi.

  • İcbari sığortanın təminatları daha aşağı və qarşıladığı risklər fərqli olduğu üçün bu sığorta növünün qiymətləri kasko ilə müqayisədə aşağıdır və sabitdir;
  • KASKO sığortasının əhatə etdiyi təminatlar və qarşıladığı zərərlər daha geniş və fərqli olduğu üçün qiymət yuxarıdır. Məsələn, avtomobiliniz park edilmiş halında biri vurub qaçarsa, üzərinə əşya düşərsə, oğurlanarsa İcbari sığorta ilə qətiyyən bu hallar ödənilməz. Halbuki Kasko sığortası ilə avtomobiliniz başına gələn bu tip zərərlər (şəhadətnamədə göstərilən təminatlar əsasında) qarşılayır. Bu sığorta növlərinin qiymət fərqinin əsas səbəbi budur. Kasko üzrə sığorta məbləği adətən avtomobilin bazar dəyərinin 2-5%-ni təşkil edir.

Sığorta haqqı güzəştləri.

  • İcbari sığortada güzəştlər İcbari Sığorta Bürosu (İSB) tərəfindən tənzimlənir. Bu səbəbdən bu qiymətl bütün sığorta şirkətlərində eynidir. Yəni sığortalı il ərzində heç bir hadisə törətməyibsə ona 1 pillə yuxarı qalxır və 5% güzəşt əmsalı tətbiq olunur. Sığortalı bir neçə il ərzində hadisə törətməyibsə onun bonus əmsalı hər il yuxarı qalxır və o endirimlər alır. Əksinə sığortalı ötən il ərzində bir haidisə törədibsə, onun malus əmsalı müvafiq olaraq 1.6 olur və s;
  • Kasko sığortası üzrə isə güzəşlər sığorta şirkəti tərəfindən tənzimlənir. Bu sığorta növündədə sığortalı il ərzində heç bir hadisə törətməyibsə ona güzəşt tətbiq olunur və ya əksinə hadisə törədibsə şirkət növbəti il üçün sığortalamaqdan ya imtina edə bilər yada sığorta haqqını artıra bilər.

5-tips-to-switch-car-insurance

     Nəticə olaraq, kasko sığortası məcburi olmasa da, sizi və avtomobilinizi yarana biləcək hər cür forsmajor hallardan qoruya bilər. Əslində bu iki sığorta növü bir-birinin alternativi deyil, tamamlayıcısıdır. Bu səbəbdən avtomobilinizin icbari sığortası var deyə tam arxayın olmayın və kasko sığorta etməklə gələcək xərclərinizi qabaqcadan sığortalayın.

        Ümid edirik ki, bu məlumatlar sizə faydalı oldu və çalışın avtomobilinizin sığortasını vaxtında edin.

Leave a Reply