YouTube kriptovalyuta mövzusuna aid olan kanalları servisin reklam siyasətini pozduğuna görə blok etməyə başlayıb. 31.500-dən 210.000-nə qədər abunəçisi olan Chris Dunn, Chico Crypto, The Cryptoverse, Crypto Tips və BTC Sessions kimi 30-a yaxın kriptovalyuta bloqqerləri YouTube kanallarının blok edildiyini açıqlayıblar. Hətta Ethereum-un həmtəsisçisi Vitalik Buterinin “Ethereum – Yol xəritəsinə dair suallar və cavablar” videosunu “dövriyyəsi xüsusi qanunlarla tənzimlənən mallar” qeydi ilə YouTube tərəfindən blok edilib. V.Buterin isə buna cavab olaraq öz twitter hesabında “deyəsən YouTube-a alternativlər lazımdır” yazıb.
Bu hadisələrdən sonra, kriptovalyuta cəmiyyətinin nümayəndələri arasında twitter-də #YTCryptoPurge həştəqi və YouTube BoyCott hərəkatı poplyarlıq yığmağa başlayıb. Bloqqerlərə isə fəaliyyətlərini daha az mərkəzləşdirilmiş və daha çox senzurya davamlı platformalara (Dtube, Steemit, Bitchute, Bittube, Dlive, Flote) köçürmək tövsiyyə edilib.
Məlumat üçün qeyd edək ki, kriptoinvest.az saytının YouTube kanalı olan Kripto İnvest servis trəfindən blok edilmişdir.