Özbəkistan Respublikasının Prezidenti yanında Layihələrin İdarə Edilməsi üzrə Milli Agentliyi rəqəmsal aktivlərin alqı-satqısı qaydalarına, habelə kriptovalyuta birjalarının lisenziyası haqqında Əsasnaməyə dəyişiklik edib. Yeni qaydalara əsasən Özbəkistan vətəndaşları rəqəmsal aktivlərin satışı üzrə əməliyyatları yalnız birjalarda edə bilərlər. Bundan əlavə, Özbəkistanda kriptovalyutalar ödəniş vasitəsi kimi istifadə edilə bilməz.
Kriptovalyuta birjalarında yalnız məcburi identifikasiya prosedurundan (KYC) keçmiş istifadəçiləri əməliyatlar apara bilərlər. Birjalara 18 yaşı tamam olmayan vətəndaşlarla, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində şübhəli bilinən şəxslərlə işləmək qadağandır. Birjalardan ticarət əməliyyatları ilə əlaqəli bütün məlumatları beş il ərzində saxlanması tələb olunur və pozuntu əlamətləri aşkar edilərsə birjalar dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Agentlikdən verilən məlumata əsasən yeni qaydaların tərtib edilməsi zamanı maliyyə cinayətləri və çirkli pulların yuyulmasına ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurum olan FATF-ın kriptovalyutalara aid standartları nəzərə alınıb. Özbəkistan hakimiyyəti hesab edir ki, bu qaydalar ölkədə kriptovalyuta əməliyyatları üzrə fəaliyyətləri dəqiq tənzimləməyə imkan yaradacaq, istifadəçilərin maraqlarını qoruyacaq, ölkəyə birbaşa investisiya cəlb etməyə kömək edəcək və kriptovalyuta birjalarında xidmət göstərən kommersiya banklarına əlavə gəlir təmin edəcəkdir.