Mobil cihazların qeydiyyatı üzrə dövlət rüsumları

    Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci il iyul ayının 31-də “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”ndə edilən dəyişikliklər barədə qərar dərc edib. 7-10Həmin qərara əsasən bazar qiyməti 100 dollarından çox olmayan və foto-video çəkiliş funksiyası olmayan, habelə internetə girişi dəstəkləməyən mobil qurğulara 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Qeydiyyata alındığı vaxt markası, modeli və bazar qiyməti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytındakı kataloqda göstərilməyən cihazların qeydiyyatına görə də həmçinin 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Digər hallarda isə şəxsi istifadə məqsədli mobil cihaz alan fiziki şəxslər üçün dövlət rüsumu aşağıdakı qaydada müəyyənləşir:

  • Cihazın bazar qiyməti 100 dollaradək olduqda – 30 manat;
  • Cihazın bazar qiyməti 101-200 dollar aralığında olduqda – 50 manat;
  • Cihazın bazar qiyməti 201-400 dollar aralığında olduqda – 60 manat;
  • Cihazın bazar qiyməti 401-700 dollar aralığında olduqda – 70 manat;
  • Cihazın bazar qiyməti 701-1000 dollar aralığında olduqda – 100 manat;
  • Cihazın bazar qiyməti 1001 dollar və daha çox aralığında olduqda – 150 manat.

Qeyd edək ki, indiyədək bazar qiymətindən asılı olmayaraq mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.

 

Mənbə: www.cabmin.gov.az

Leave a Reply