11 il əvvəl – 2009-cu ilin yanvarın 3-də Genesis block – ilk bitcoin bloku yaradıldı. Bu blok Satoşi Nakamoto tərəfindən yaradılıb və həmin vaxt mükafat 50 BTC idi.

Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin üçün əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Bitcoin haqqında tarix:
- 18 avqust 2008 – Bitcoin.org domeni qeydiyyata alınıb;
- 31 okytabr 2008 – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paper) internetə buraxıldı;
- 3 yanvar 2009 – Genezis blok – ilk bitcoin bloku yaradıldı;
- 12 yanvar 2009 – Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
- 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollar/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1309,03 BTC;
- 22 may 2010 – Bitcoin ilə ilk sövdələşmə: Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
- 17 iyul 2010 – Mt.Gox birjasında ilk dəfə 20 BTC 0,9902 dollara satılıb. 1BTC = 0,04951 dollar;
- iyul 2010 – Bitcoin 0.008-dən 0.08 dollara qalxdı;
- 8 oktyabr 2010 – Bitcoin 90% ucuzlaşaraq 0.01 dollara endi;
- 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC; 02.06.2010 tarixdə isə 1 BTC= 10 dollara qalxdı;
- İlk bitcoin bankomat 2013-cü ilin oktyabr ayında Kanadanın Vankuver şəhərində istifadəyə verilib. CoinATMradar.com-a əsasən hazırda dünyada 10.000-dən çox kripto-ATM var;
- noyabr 2013 – Kiprdə yerləşən Nicosia Universiteti ödəniş vasitəsi kimi bitcoin qəbul etdi;
- 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq tanıdı.
CoinMarketCap.com-un verdiyi məlumata əsasən 17 dekabr 2017-ci ildə bitcoin-in ən yüksək qiyməti – 20.089 dollar qeydə alınıb. Ümumilikdə bitcoin son 10 ildə (2010-cu il / 1 BTC = 0.0008 dollar – 03.01.2020 / 1 BTC = 7200 dollar) 9.000.000% dəyər qazanıb.

Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» adlı başlığının olmasıdır.

Müəllif: Elnur Quliyev
Bitcoin haqqında maraqlı faktlar
