İsveçin SeaBubbles şirkəti Parisdə kapsul şəklində olan yeni bir su taksilərini sınaqdan keçirməyə başlayıb. Sena çayında görünüşcə kiçik kosmik gəmilərə bənzəyən oval qanadları olan ağ elektrik qayıqlarında test yürüşlər keçirilib. Su taksilərindən istifadənin əsas üstünlükləri: səssiz işləməsi və ətraf mühiti çirkləndirməməsidir. Bu tip nəqliyyat vasitələri şəhərdə avtomobil tıxaclarının aradan qaldırmasına tövhə verəcək.