Yanvarın 28-i bitcoin 4.2% dəyər qazanaraq 9240 dollara qədər artım göstərdi. CoinMarketCap.com-a əsasən bitcoin hazırda 9.025 dollar, kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 5067 ədəd, ümumi bazar kapitalizasiyası isə 248 milyard dollardır. Bitcoin 164 milyard dollarla ümumi bazar kapitalizasiyasının 66%-ni təşkil edir. Analitiklər kriptovalyuta bazarında qiymətlərin qalxmasına təsir edən əsas fundamental faktor kimi Çində kornovirusla bağlı xəbərləri ehtimal edirlər.


