Nobel mükafatı haqqında maraqlı faktlar

     Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveçli ixtiraçısı-alim Alfred Nobelin (1833-1896) vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin Mərkəzi Bankı – Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir. 2009-cu ildə bu mükafatı almış Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk qadındır.

    Alfred Nobel 1867-ci ildə dinamiti, 1887-ci ildə isə partlayıcı jelatin və tüstüsüz nitrogliserin tozu kəşf edir. Onun bu kəşfləri tikinti və hərbi sənayedə istifadə olunur və ona böyük sərvət gətirir. alfred-nobel-kvadrat1988-ci ildə Nobelin qardaşı Fransda vəfat edir və fransiz qəzeti səhvən onu Alfred Nobelin özü zənn edərək ona həsr edilmiş “Ölüm taciri vəfat etdi” adında nekroloq dərc edir. Alfred bunu oxuyur və təsirlənir. Bu hadisədən sonra O, sərvətinin müyyən hissəsini hər il fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə yeniliklər gətirən şəxslərə verilməsi və bunun üçün Nobel fondunun yaradılması barədə vəsiyyətnamə yazır. Nobel elm sahəsində riyaziyyatı əvvəlcə siyahıya daxil etsə də, sonradan onu siyahıdan çıxarır. Bəziləri bu qərarı isveçli riyaziyyatçı Mittaq-Lefflerin adı ilə bağlayır. Belə ki, deyilənlərə görə o daim Stokholm universiteti üçün ianələr tələb etdiyinə görə, Nobel onu heç sevmirdi. Digər bir versiyaya görə isə Nobel Sofiya Kovalevskaya adlı qadına aşiq olduğu halda o Mittaq-Leffleri seçmişdir və buna görə Nobel riyyaziyatçıları mükafatdan məhrum etmişdi. Nobel 10 dekabr 1896-cı ildə İtaliyanın San Remo şəhərində vəfat etdir və 1901-ci ildən etibarən onun adına təsis edilən fonddan mükafatlar verilir. Nobel mükafatı hazırda dünyada ən prestejli mükafatlardan biri hesab edilir.

      Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir. Mükafatı İsveç kralı özü şəxsən təqdim edir. Laureatlara verilən mükafata medal, şəxsi diplom və pul mükafatı daxildir. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Hazırda bu məbləğ təqribən 1.3 milyon dollar təşkil edir. Kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya üzrə Nobel mükafatlarının medalları Erik Lindberq, Nobel sülh mükafatının medalı Qustav Vigeland və iqtisadiyyat üzrə mükafatının medalı isə Qunver Svensson Lundqvist tərəfindən dizayn edilib.

nobelrous-lead

   1901-2019 illər ərzində  923 laureat və 27 təşkilat Nobel mükafatına layiq görülmüşdür. Onlardan 84-ü İqtisad elmləri laureatıdır. Nobel mükafatı alan 923 nəfərdən 54-ü qadınlardır.

Nobel mükafatçılarının siyahısı

Nobel mükafatına layiq görülən təşkilatların siyahısı

Maraqlı faktlar:

  • 1901-ci ildə Nobel mükafatını ilk dəfə Henry Dunant və Frederic Passy olıb;
  • 1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə kimya üzrə Nobel mükafatını qazanan Mariya Küri, həm bu mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb;
  • Malala Yousafzai 2014-cü ildə sülh üzrə mükafata layiq görülən ən gənc (17 yaş) laureatdır. Ona qədər isə Lawrence Bragg bu mükafata layiq görülən ən gənc laureat hesab edilirdi. 1915-ci ildə fizika üzrə Nobel mükafatı alarkən onun 25 yaşı olub;
  • Dünyanın ən yaşlı nobelçisi 97 yaşlı John B. Goodenough 2019-cu ildə kimya üzrə mükafata layiq görülüb;
  • Dünyanın ən uzunömürlü Nobel laureatçısı isə 1986-cı ildə fiziologiya və tibb elmi üzrə mükafata layiq görülən Rita Levi-Montalcinidir;
  • Qırmızı Xaç Komitəsi Nobel sülh mükafatını üç dəfə layiq görülüb;
  • Amerikalı alim J. Bardeen (1956 və 1972) fizika üzrə, ingilis alım F. Sanger (1958 və 1980) kimya üzrə, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası (UNHCR) sülh üzrə Nobel mükafatını iki dəfə qazanıb;
  • Linus Pauling yeganə insandır ki, iki fərqli və aidiyyəti olmayan sahə üzrə – kimya (1954) və sülh (1962) Nobel mükafatlarına layiq görülüb.
730
Nobel mükafatının təqdimetmə mərasimi
Məzunları ən çox Nobel mükafatı almış 10 univeristet:

1. Kolumbiya Universiteti (96)
2. Kembric Universiteti (88)
3. Çikaqo Universiteti (87)
4. Massaçuets Texnologiya İnstitutu (77)
5. Harvard Universiteti (76)
6. Heydelberq Universiteti (54)
7. Stenford Universiteti (54)
8. Oksford Universiteti (48)
9. Paris Universiteti (47)
10. Yale Universiteti (49)

Nobel mükafatı almış müsəlmanlar: 

Ənvər Sədat – İlk müsəlman Nobel laureatı 1970-1981 illər arası Misirə rəhbərlik edən Ənvər Sədatdır. O, Nobel Sülh Mükafatını 1978-ci ildə İsrailin Baş Naziri Menahem Beginlə birlikdə “Kemp-Deviddə imzalanan Yaxın Şərqdə sülh prosesi haqqında ikitərəfli razılaşmalara və Misirlə İsrail arasında sülhə verdikləri töhfəyə görə” alıb.

Abdus Salam – 1979-cu ildə Fizika üzrə nobel Mükafatını Pakistan əsilli alim Abdus Salam Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti nəticəsində əldə edib. Bu alimə mükafat “elementar hissəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə” görə verilib.

Nəcib Məhfuz – Ədəbiyyat üzrə 1988-ci ildə Nobel alan ilk müsəlman yazıçı. O, əsərlərini ərəb dilində yazırdı və yalnız fransız dilinə tərcümə olunandan sonra dünya tərəfindən kəşf edilib. Ən məşhur əsəri “Qahirə trilogiyası”-dır.

Yasir Ərəfat – 1994-cü ildə Nobel Sülh Mükafatı Fələstinin lideri Yasir Ərəfata İsrailin siyasətçiləri İshak Rabin və Şimon Pereslə birgə “Yaxın Şərqdə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə” alıb.

Əhməd Zəvail – 1999-cu ildə kimya sahəsi üzrə Nobel Mükafatını layiq görülüb. Ə.Zəvail elm aləmində femtokimyanın əsasını qoyan alim kimi tanınır.

Şirin İbadi – İlk müsəlman qadın Nobel mükafatçısı iranlı hüquq müdafiəçisi. O, “İranda insan hüquqları, xüsusən qadın və uşaq hüquqları uğrunda mübarizəyə verdiyi töhfələrə görə” mükafatı qazanıb. Ş.İbadi çıxışlarında öz islamsevərliyi və vətənpərvərliyi ilə seçilib.

Məhəmməd Əl-Baradey – Əl-Baradey Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə “nüvə silahının hərbi məqsədlərlə istifadə edilməsinin qarşısının alınması və dinc məqsədlər üçün istifadə edildiyi tədqirdə maksimal təhlükəsizliyin təmin edilməsində səylərə görə” mükafatı alıb.

Yunis Məhəmməd – Banqladeşdən olan Yunis Məhəmməd özünün yaratdığı “Grameen bank”la birgə “aşağıdan iqtisadi və sosial inkişafın yaradılması istiqamətindəki səylərinə görə” Nobel Sülh mükafatına layiq görülüb. O iqtisad elmləri üzrə professordur və yoxsullar üçan mikro-kreditlərin verilməsi, eyni zamanda “kənd hakimiyyəti” ideyalarının müəllifidir.

Orxan Pamuk – “Mənim adım qırmızı” əsəri ilə Nobel Mükafatı alan ilk Türkiyəli Orxan Pamukdur. 2006-cı ildə o bu mükafatı “öz doğma şəhərinin melanxolik ruhunu axtararkən mədəniyyətlərin toqquşmasına və qarışmasına səbəb olan yeni işarələr tapdığına görə” alıb.

Ellen Conson-Syorlif, Qbovi Leyma və Karaman – 2011-ci ildə mükafat qrup halında Liberiyalı Ellen Conson-Syorlif, Qbovi Leyma və Yəməndən olan Karamana “sülhməramlılıq fəaliyətində və qadınların hüquq və azadlıqları, təhlükəsizliyinin təmin olunması uğrunda apardıqları mübarizəyə görə” təqdim olunub.

Malala Yousafzai – Əslən Pakistanlı olan Malala, Taliban hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır. O, 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloqun hesabına məşhurlaşıb. 2014-cü ildə isə Nobel Sülh mükafatına layiq görülüb.

Əziz Sancar – milliyətcə türk olan Əziz Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

      Dünya tarixində iki Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Paul Sartredir. O, 1964-cü ildə ona təqdim edilən ədəbiyyat üzrə Nobel mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib. Lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler 3 alman nobelçisini – kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu SSRİ məcbur edib.

 

Müəllif:  Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma