Saudi Aramco blockchain platformya investisiya etdi

     Səudiyyə Ərəbistanının dövlətə məxsus neft və qaz şirkəti olan Saudi Aramco “VAKT” blockchain platformasına 5 milyon dollar investisiya edib. Saudi Aramco Energy Ventures (SAEV) neft marketinqi üçün VAKT blockchain əsaslı platformasının yeni tərəfdaşı olmaqla Vakt-a investisiya etmiş 12-ci şirkət oldu. Razılaşmaya əsasn Aramco Trading Company hazırda Şimali Dənizi xam neft bazarının (BFOET) iştirakçılarına xidmət göstərən VAKT platformasının istifadəçisi olacaq. İnvestisiyalar VAKT-a platformanı daha da inkişaf etdirməyə, xüsusən də Asiya bazarlarına genişlənməyə kömək edəcək.

   Məlumat üçün qeyd edək ki, hazırda BP, Shell, Total, Equinor, Chevron, Reliance Industries kimi məşhur neft şirkətləri də “Vakt” ilə əməkdaşlıq edirlər.

banner_saudi_aramco_firma_asociaci__n_con_vakt_invirtiendo_5_millones_de_usd__1_

      Saudi Aramco kapitalizasiyasına görə dünyanın ən böyük neft şirkətidir. Şirkət 1933-cü ilədə Səudiyyə Ərəbistanı Hökuməti ilə Amerikanın Standard Oil California şirkəti ilə birgə “Arabian American Oil Company” adı ilə qurulub. Şirkət üzərində tam dövlət nəzarəti 1980-ci ildə səhmlərinin tədricən geri alınması yolu ilə əldə edildi və 1988-ci ildə şirkətin adını “Saudi Arabian Oil Company” (Saudi Aramco) ilə dəyişdirildi. Şirkətin 260 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”-in ehtiyatlarından 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8-ci barrel nefti Saudi Aramco payına düşür. 2019-cu ildə Saudi Aramco maliyyə tarixində ilk dəfə olaraq IPO zamanı rekord məbləğ – 25,6 milyard dollar investisiya cəlb etdi və şirkətinin dəyəri 1,7 trilyon dollar olaraq qiymətləndirildi.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma