Biznes kreditləri üzrə Azərbaycan banklarının reytinqi

  Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kredit portfelində biznes kreditlərinin payı son 3 ilə nəzər yetirdikdə artım müşahidə olunmaqdadır. 1 yanvar 2020-ci il tarixinə “Top 15”-də olan bankların reytinqi aşağıdakı kimidir:

image

       Reytinqdə ilk 3 yeri tutan bankların verdikləri biznes kreditləri əsasən iri korporativ müştərilərə verilən kreditlər təşkil edir. Likvidliyi yüksək olan banklar daha ucuz maliyyə resursları cəlb edə bildikləri üçün korporativ müştərilərə biznes kreditlərini daha aşağı faizlə (12-14%) vermək imkanları olur. Buna bxamyaraq iri bankların kiçik məbləğli biznes kreditlərinə maraq göstərməməsi mikro və kiçik sahibkarların (əsasən regionlarda) ucuz maliyyə resurslarından yararlanmaq imkanlarını məhdudlaşdırır.

    Premium Bank və Azərbaycan Sənaye Bankı Azərbaycanda biznes kreditləri bazarında adları çox nadir hallanan banklar sırasındadır. Buna baxmayaraq reytinqdə ilk onluqda 4-cü və 8-ci yerdə qərarlaşıblar. Bu bankların verdikləri biznes kreditlər adətən məxsus olduqları holdinqlərin şirkətlərinə verilir. Kapital Bank isə son 3 il ərzində biznes kreditləri bazarında mühüm oyunçulardan biri hesab edilsə də 30.000 manata qədər olan kreditlərə maraq göstərmir.

    Mikro və kiçik biznes subyektlərinin kreditləşməsində AccessBank, Bank Respublika, Unibank, Rabitəbank daha aktiv şəkildə iştirak edirlər. Regionlarda filial şəbəkəsinin olması və rəqabət amili bu bankların sahibkarların kreditləşməsində aktiv iştirakını təmin edir. AFB Bank isə 2020-ci ilin əvvəlindən başlayaraq biznes kreditlərinin verilməsi şərtlərini optimallaşdırdıqdan sonra mövcud bazarında rəqabət aparan banklar sırasına qoşulub.

    Turanbank, Muğanbank kredit üzrə orta faiz dərəcələrinin nisbәtәn yüksək olması və kreditin verilməsi prosedurlarının ləng olması biznes kreditlərini qeyri-effektiv edir. Bu səbəbdən belə banklar biznes kreditləri verməkdənsə istehlak və lombard kreditlərinə daha çox maraq göstərirlər. Ziraat Bank və Bank VTB Azərbaycanda xarici kapitallı banklar olmasına baxmayaraq onların təklif etdikləri kredit faizləri və məhsulları yerli banklarla müqayisәdә demək olar ki, eynidir. 

 

Müəllif:  Elnur Quliyev

 

Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri

Azərbaycanda dövlətin maliyyə dəstəyi mexanizmləri

Leave a Reply