Çin kriptovalyuta reytinqi: Fevral 2020

  Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyutalar üzrə 2020-ci il fevral ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqlayıb. 2018-ci ilin may ayından etibarən tərtib edilən sayca 16-cı reytinqdə 37 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: EOS, Tron, Ethereum, Lisk, Steem. Bitcoin isə 11-ci pillədə yer alıb.

CCID-rating-february-2020-892x2048

     Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

 

Elnur Quliyev

Leave a Reply