Steven Seagal ICO reklamına görə cərimələndi

  Məşhur aktyor Steven Seagal ABŞ-ın Qiymətli Kağızlar və Fond Birjaları üzrə Komissiyası (SEC) tərəfindən Bitcoiin2Gen kriptovalyuta layihəsinin ICO-nu təbliğ etdiyinə və buna görə ödənişin alınması faktını gizlətdiyinə görə 316.000 dollar cərimə edilib. SEC-in məlumatına əsasən 2018-ci ilin mart ayında Stiven Seagal Bitcoiin2Gen (B2G) brendinin rəsmi səfir roluna razılıq verib və sosial şəbəkələrdəki istifadəçiləri bu layihənin ICO-da iştirak etməyə təşviq edib.

    Məsələ ondadır ki, şirkət tərəfindən Steven Seagal-a İCO reklamı üçün 250.000 dollar nağd və 750.000 dollar dəyərində B2G tokenləri vəd edilmişdi. 1480_aHR0cHM6Ly9zMy5jb2ludGVsZWdyYXBoLmNvbS9zdG9yYWdlL3VwbG9hZHMvdmlldy8xMjNiMGNhODJmMDAxZGYzMzIzYTViZTFhODlmYTZmYS5qcGc=Aktyor isə bunu investorlardan gizlətmişdi. Hazırda B2G tokeni birjada 0,000177 dollara ticarət olunur, halbu ki, İCO zamanı qiyməti indikindən 2 dəfə çox idi.  SEC-in rəhbəri Kristina Littman məşhurlara maddi təzminat aldıqlarını qeyd etmədən sosial şəbəkələrdə hər hansı qiymətli kağızları təbliğ etmək qadağan olunduğunu bildirib. Onun sözlərinə görə şirkət aktyora cəmi 157.000 dollar ödəyib. Lakin buna baxmayaraq Steven Seagal 330.000 dollar cərimə, əlavə olaraq 16.000 dollar isə məhkəmə xərclərini ödəməyə razı olub. O, yaxın 3 il ərzində heç bir layihəni reklam etməyəcəyini deyib.

   2017-ci ilin noyabr ayında SEC məşhur şəxsləri rəqəmsal tokenləri təbliğ etməyi dayandıraraq onları qanunsuz fəaliyyət adlandırmışdı. 2018-ci ildə boksçu Floyd Mayweather və məşhur prodüser DJ Khaled SEC tərəfindən saxta ICO reklamına görə cərimələmişdi.

 

Leave a Reply