Beynəlxalq ticarətdə müqavilə şərtləri – Incoterms

   Incoterms – İnternational Commercial Terms (ticarət şərtlərinin beynəlxalq təfsiri qaydaları) beynəlxalq daşıma müqavilələrində işlənən beynəlxalq daşıma şərtlərinin təfsiri üçün müəyyən olunmuş standart qaydalar sistemidir. Bu təfsir qaydaları Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən beynəlxalq ticarət qaydalarını asanlaşdırmaq və sadələşdirmək üçün təqdim olunmuşdur. Bu cür müqavilə şərtlərinə vahid beynəlxalq yanaşma ticarət baxımından böyük önəm kəsb edir. Həmin qaydalar adətən tərəflər müqavilədə bu haqda qeyd etdiyi hallarda tətbiq olunur. Incoterms BTP tərəfindən ilk dəfə 1936-cı ildə yayımlanıb. Beynəlxalq ticarət praktikasındakı dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə İncoterms-ə 1953, 1967, 1976, 1980, 1990, 2000, 2010-cu illərdə əlavə və dəyişikliklər edilib. Sənədin ən son versiyası olan “İNCOTERM 2010” 1 yanvar 2011-ci il tarixindən etibarən qüvvəyə minmişdir.

aaaa111-696x378

     BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı  və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.

     İnkoterms müqavilələri xüsusiyyətinə görə 4 qrupa bölünür ki, bunlar E,F,C və D qruplarıdır.

  • E qrupu – EXW (Ex Works);
  • F qrupu – FCA (Free Carrier), FAS (Free Alongside Ship) və FOB (Free On Board);
  • C qrupu – CFR (Cost and Freight), CİF (Cost, Insurance and Freight), CPT (Carriage Paid To), CİP (Carriage And Insurance Paid To);
  • D qrupu – DDP (Delivered Duty Paid), DAT (Delivered at Terminal), DAP (Delivered at Place) aiddir.

EXWEx Works (müəssisədən vermə). EXW-yə əsasən satıcının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. Satıcı məhsulu alıcıya təqdim etdikdən sonra onun vəzifəsi bitmiş hesab olunur.

FCA – Free Carrier (named place), müəyyən olunmuş yerdə daşıyıcıya təhvil verdikdən sonra satıcının azad olması. Satıcı əmtənin limana qədər daşıma xərclərini və gömrük rüsumlarını öz üzərinə götürür. Daha sonra məhsulu (əmtəəni) ya gəmi daşıyıcı, və ya dəmir yol daşıyıcısına təhvil verir. Bununla da, satıcı öz vəzifəsini sona çatdırır. Əmtənin daşınma və çatdırılma riski alıcının üzərinə düşür.

FAS – Free Alongside Ship (named loading port), müəyyən olunmuş yükləmə məntəqəsinə, dəniz daşıma vasitəsinə çatdıqdan sonra satıcının azad olması. Bu növ ticarət adətləri yalnız dəniz daşımalarına aiddir. Satıcı müəyyən edilmiş vaxtda yükləri konkret gəmiyə yükləyir. Bununla da onun vəzifəsi sona çatır.

FOB – Free on board (named loading port), satıcının məhsulu gəmiyə yüklədikdən sonra azad olması. Bundan başqa məhsulun gömrük baxışından keçirilməsi və gömrük rüsumunun ödənilməsi satıcının öhdəsinə düşür.                          

CFR – Cost and Freight (named destination port), göstərilmiş limanda dəyər və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilməsi. Satıcı məhsulun dəyərinə görə pul o halda ödəyir ki, daşıma riski satıcıdan alıcıya transformasiya edilir, yəni alıcının üzərinə köçürülür.

CİF – Cost, Insurance and Freight (named destination port) dəyər, sığorta, daşıma xərci. Göstərilmiş limanda dəyər, sığorta və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilir.

CPT – Carriage Paid To (named place of destination), göstərilən məntəqəyə qədər daşıma xərclərinin ödənilməsinin ehtiva edir. Burada daşıma xərclərinin ödənilməsi satıcının üzərinə düşür. Risk daşımanı həyata keçirənin üzərinə düşür. Əgər əmtəə bir neçə daşıma vasitəsi və ya eyni növdən olan ayrı-ayrı daşıma vasitələri tərəfindən həyata keçirilərsə, bu zaman risk birinci təhvil götürənin üzərinə düşür.

DAF – Delivered At Frontier (named place), sərhəddə qədər müəyyən olunan daşıma mənasındadır. Bu hal dəmir yol və avtomobil daşımaları üçün səviyyəvidir. Sərhəddə qədər daşımanın xərclərini satıcı ödəyir. Sərhəddən konkret ünvana qədər daşıma xərcini isə alıcı ödəyir. Risk sərhəddə baş verir. sərhəddə gömrük rüsumunun ödənilməsi alıcının üzərinə düşür.

DES – Delivered Ex Ship (named port), əmtəənin gəmiylə çatdırılmasının ehtiva edir. Gəminin nəzərdə tutulan limana çatması və alıcının yükləri boşaltmasına qədər risk baş vermir. Satıcı CİF altında olduğu kimi, daşıma xərci və sığorta ödəyir. CFR və CİF-dən fərqli olaraq satıcı göstərilən əmtəənin limana çatması ilə bağlı öhdəlik götürür. Boşaltma xərcləri, həmçinin limanda nəzərdə tutulmuş vergiləri alıcı ödəyir. Dağıla bilən məhsullara – buğda, maye kimyəvi məhsullara münasibətdə daşımanın daha təhlükəsiz baş tutması üçün satıcı öz gəmisindən istifadə edə bilər.

DEQ – Delivered Ex Quay (named port), rüsum ödəməklə limana çatdırma. Mahiyyətcə DES ticarət adəti ilə oxşardır. Risk yüklərin boşaldılması zamanı baş verir.

DDU – delivered duty unpaid (named port), rüsum ödəmədən çatdırılma. Satıcı əmtəəni alqı-satqı müqaviləsinə əsasən çatdırır. Alıcı rüsum və boşaltma riskinə görə məsuliyyət daşıyır. əgər alıcı rüsum və boşaltmanın satıcı tərəfindən ödənilməsini azru edirsə, bunu mütləq alqı-satqı müqaviləsində qeyd etməlidir.

DDP – delivered duty paid (named port), rüsum ödəməklə çatdırılmış. Satıcı bütün daşıma xərclərini ödəyir və çatdırılma riskini öz üzərinə götürür.

incoterms2010-edited

     Incoterms alıcı və satıcı arasındakı daha xüsusi məsələləri tənzimləyir. Incoterms əsasən risk məsələlərini, daha geniş desək, həm də ixrac və idxal xərcləri ilə bağlı təmizləmə məsələləri (cleaning), malın qablaşdırılması, alıcının çatdırılan malı qəbul etməsi, eləcə də bütün öhdəliklərin yerinə yetirildiyinin sübutla təmin etməsi kimi məsələrlə bağlı xüsusi qaydalardır. Incoterms ənənvi müqavilə qaydalarını əvəzləmək məqsədilə deyil, onları tamamlamaq məqsədilə tətbiq olunur.

 

Leave a Reply