Kripto bankomatların (ATM) sayı – Fevral 2020

   CoinATMradar.com-ın 29.02.2020 tarixinə olan məlumatına əsasən dünyada 6.993 ədəd kripto ATM mövcuddur. Ümumilikdə kripto-bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 67.9%-i Litecoin, 60.7%-i Ethereum, 33.5%-i Bitcoin Cash, 20.9%-i Dash, 2.7% Monero, 1.2%-i Zcash dəstəkləyir.

image (2)

    Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 5026, Kanada- 750, Böyük Britaniya- 303, Avstriya- 143, İsveçrə-81, İspaniya-83, Çexiya-71, Yunanıstan-67, Almaniya-65, İtaliya-59, Kolumbiya-58 və s.

    Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (33.7%), General Bytes (31.3%) və BitAccess (7.6%) ümumi bazarın 72.6%-nə sahibdir. Quraşdırılmış kripto bankomantların sayı illər üzrə:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2028 ədəd
  • 2018-ci il – 4109 ədəd
  • 2019-cu il – 6387 ədəd.

Kripto-ATM istehsal edən şirkətlərin bazardakı payı:

image (3)

      Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

fb86023d6e

Müəllif:  Elnur Quliyev

Leave a Reply