Hindistan Ali Məhkəməsi kripto-qadağanı ləğv etdi

   Hindistan Mərkəzi Bankının (Reserve Bank of India) bitcoin və digər rəqəmsal valyutaların ticarəti ilə əlaqəli şirkətlərə bank xidmətləri göstərməsini qadağan edən direktivi ölkənin Ali Məhkəməsinin qərarı ilə ləğv edildi.

     Kriptovalyuta birjaları, startaplar və digər kripto-sənaye nümayəndələri 2018-ci ildən indiyə qədər tətbiq olunan qadağaya etirazlarını bildiriblər. Mərkəzi Bankın qadağası ucbatından  kriptovalyuta sektoru üzrə fəaliyyət göstərən şirkətlər bağlanmağa və ya ölkəni tərk etməyə məcbur olub. Mərkəzi Bankın kriptovalyuta biznesinə bank xidmətlərinin qadağan edilməsində əsas məqsədi şirkətləri rəqəmsal aktivlərin alqı-satqısı, o cümlədən terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə əlaqəli risklərdən qorumaq olub. Buna baxmayaraq Ali Məhkəmə ölkənin kritovalyuta sənayesinin nümayəndələrinin dəlillərini nəzərə alaraq qadağanı ləğv etdi.

India-Crypto-regulations

   Xatırladaq ki, 2018-ci ilin aprel ayında Hindistan Mərkəzi Bankı (RBI) maliyyə təşkilatlarına rəqəmsal valyutalarla əlaqəli fiziki və hüquqi şəxslərə bank xidmətləri göstərməyi qadağan etmişdi.

Leave a Reply