İnvestisiyaların qiymətləndirməsi əmsalları: NPV və IRR

   İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı maliyyə qurumları və investisiya fondları tərəfindən qəbul edilən bir çox beynəlxalq maliyyə əmsallarından istifadə olunur. Bunlardan ən çox istifadə edilən NPVIRR əmsallarıdı. 

Xalis bugünki dəyər (Net present value – NPV)

  Xalis bugünki dəyər investisiya imkanlarını müqayisə etmək və ya investisiya imkanının əlverişli olub olmadığını ölçmək üçün istifadə edilən metodlardan biridir. Bu metodda investisiyaya çəkilən xərclərin və investisiyadan gələcək gəlirlərin hər birinin, investisiyanın risk səviyyəsinə uyğun faiz dərəcəsi ilə bugünki dəyəri tapılaraq cəmlənilir və nəticədə alınan cavab müsbətdirsə investisiya əlvərişli, mənfidirsə investisiya əlverişsiz olaraq qiymətləndirilir. Daimi pul axınlarının (pul girişi və ya çıxışları) xalis bugünki dəyərini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:

11

Burada,

  • CFt = t tarixindəki gözlənilən net pul axınları,
  • N = İnvestisiyanın müddəti,
  • r = faiz dərəcəsi (investisiyanın gəlirlilik faizi)

    Yəni bu məbləğ bu investisiyaya qoyulmaq əvəzinə, bir banka depozit qoyulsa idi bankdan alınacaq faiz bu faizi (opportunity cost for the investment) ifadə edir. Xalis bugünki dəyəri daha yaxşı anlamaq üçün misal üzərindən baxaq: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya $5 milyon pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın gəlirli olub-olmadığını hesablayaq (faiz dərəcəsi – 12%). Bunun üçün biz pul axınlarının Xalis bugünki dəyərini hesablamalıyıq:

23

12

Nəticə: investisiya üzrə pul axınlarının xalis bugünki dəyəri 334,800 dollardır, bu o deməkdir ki, bu investisiya bugünə 12% (risk səviyyəsinə uyğun faiz dərəcəsi) dərəcəsi ilə hesabladıqda bizə 334,800 dollar gəlir gətirəcək.

Daxili gəlirlilik faizi (İnternal rate of return – IRR)

     İnvestisiyanın xalis bugünki dəyərini sıfra bərabərləşdirən faiz dərəcəsinə daxili gəlirlilik faizi (IRR) deyilir. Bu faiz elə bir faizdir ki, bu faiz həddində investisiya üzrə gəlirlərin bugünki dəyərinin cəmi xərclərin bugünki dəyərinin cəminə bərabər olur. Bu faiz dərəcəsi ilə hesablanan xalis bugünki dəyər sıfıra bərabərdir.

    İnvestisiya, daxili gəlirlilik faizi (IRR) dərəcəsində gəlir gətirərsə, bu investisiya üzrə gəlir investisiyaya çəkilən xərc miqdarında olacaqdır. İnvestisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) yüksəkdirsə investisiya əlverişsiz (investisiya üzrə gəlir xərcdən az olacaq), əks halda investisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) aşağıdırsa investisiya əlverişlidir (investisiya üzrə gəlir xərcdən çox olacaq).

Daxili gəlirlilik faizi (IRR) aşağıdakı düsturla hesablanır:

110

Misal: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya 5 milyon dollar pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın daxili gəlirlilik faizi (IRR) nə qədərdir?

İRR = 15.52%

   İnvestisiyanın daxili gəlirlilik faizinin 15.52% olması o deməkdir ki, 15.52% dərəcəsində investisiyanın xalis bugünki dəyəri sıfıra bərabərdir. Bu misalda Xalis bugünki dəyərin hesablanmasında investisiyanın gəlirlilik faizini 12% götürmüşdük və investisiyanın bizə 334.800 dollar gəlir gətirəcəyini hesablamışdıq. Yuxarıda qeyd etdiyimiz kimi, gəlirlilik faizi < daxili gəlirlilik faizi (IRR) onda Xalis bugünki dəyər > 0 (12% < 15.52%, Xalis bugünki dəyər = 334.800).

    Nəzərə almaq lazımdır ki, bəzi layihələrdə NPV və IRR arasında ziddiyyətlər yaranır. Bu zaman hansını seçmək lazımdır? Bunu anlamaq üçün icrası eyni anda mümkün olmayan iki layihə üzrə NPV və IRR dərəcələri aşağıdakı cədvəldə qeyd edilmişdir:

11Layihə A-nın qəbulu investora 2 272.72 dollar gəlir gətirəcək, lakin Layihə B-nin qəbulu investora 6 363.64 dollar gəlir gətirəcəkdir. Investorların  başlıca məqsədi maksimum mənfəət əldə etməkdir. Bu səbəbdən də investisiya layihəsi seçilərkən minmum məbləğlə maksimum gəlir qazandıran layihələrə üstünlük verilir.  Təcrübədə NPVIRR arasında ziddiyyət yarandığı zaman adətən NPV-si böyük olan layihə seçilir.

Maliyyə təhlili və iqtisadi əmsallar

Maliyyə Hesabatlılığı Standartları

Mənbə: innab.org

Leave a Reply