Neft və kriptovalyuta bazarında “qara” gün

   Martın 9-u dünyanın neft bazarında qiymətlərin kəskin enməsi kriptovalyuta bazarındakı qiymətlərə dә mәnfi təsir edib. Bitcoin 24 saat ərzində 11% dəyər itirərək 7.684 dollara qədər endi. Hətta BTC-nin qiymətində ən çox eniş (8.633-dan 8.150-dək) cәmi 45 dəqiqə ərzində baş verib. Bitcoin ilə bəradər digər altcoinlərdə dəyər itirməkdə davam edib və kriptovalyutaların ümumi bazar kapitalizasiyası 14.4% azalaraq 224 milyard dollara qədər enib. Koronovirus epidemiyası fonunda neftin qiymətinin ucuzlaşması kripto-investorların rəqəmsal aktivlərinin təcili olaraq nəğdləşdirmək istəmələri kriptovalyuta bazarına öz təsirini göstərməyə bilməzdi. Təcrübəyə əsasən qlobal iqtisadi və siyasi böhranlar zamanı qızıl və bitcoin dəyər qazanırdı. Lakin bu dəfə vəziyyət fərqlidir. 

Neft bazarında qiymətlərin düşməsinə təsir edən əsas fundamental faktorlar. 

1584078209   Neftin qiymətinin 24 saat ərzində 30%-dən çox ucuzlaşaraq 1 barel üçün 46-dan 31 dollara düşməsini təmin edən əsas faktor ötən həftə OPEK+ ölkələri, xüsusilə də Rusiya və Səudiyyə Ərəbistan arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması oldu. Məsələ ondadır ki, S.Ərəbistan neft bazarına sutkalıq 1.5 milyon barel neftin çıxarılmasını təklif etsə də, Rusiya buna etiraz etdi. Nəticədə S.Ərəbistan əks qərar verərək neftin sutkalıq hasilatının artırılmasına qərar verdi və ümumiyyətlə bütün bazar üçün qiymət təklifini aşağı saldı. Faktiki olaraq neft bazarında qiymətlərin kəskin enməsinə təsir edən 3 önəmli faktor:

  • Koronavirus epidamiyası nəticəsində iqtisadi aktivliyin azalması foununda neftə olan tələbin azalması;
  • Neft bazardan mövcud kritik situasiyanı tənzimləyə bilən balanslaşdırıcı mexanizmin olmaması;
  • S.Ərəbistanın sutkalıq neft hasilatının artırması.

   Hesab edirəm ki, neftin qiymətinin 31-35 dollar diapazonunda ticarət edilməsi müvəqqəti xarakter daşıyır və yaxın aylarda (may-iyun) böyük ehtimal ki, OPEC+ ölkələri və Rusiya prinsipial narazılıqlarını kənara qoyub razılığa gələrək təcili tədbirlər görəcəklər. Çünki neftin belə qiymətdə qalmağı onların marağında deyil. Lakin digər tərəfdən qlobal fond bazarlarında qiymətlərin artmasına təsir edən əsas katalizator Çin bazarıdır. Faktiki olaraq Çin bazarının canlanmasına təsir edə biləcək əsas faktorlar:

  • iri neft idxal edən Çin iqtisadiyyatı üçün neftin qiymətinin aşağı olması müsbət faktordu;
  • martın 10-u Çin istesal müəssisələri üçün məhdudiyyətlərinin bitməsi günüdür. Əgər bu məhdudiyyət uzadılmasa iqtisadi aktvlik yenidən bərpa olunacaq;
  • Koronavirus epidemiyasının qarşısının alınması ilə bağlı müsbət dəyişikliklər.

20171028_oil-bit

         Əgər müsbət bir ssenarı olarsa neft və kriptovalyuta bazarında canlanma baş verəcək. Əks halda “neft müharibəsi” davam edəcək və bu da öz növbəsində bitcoin və digər altcoinlərin qiymətlərinin düşməsinə səbəb olacaq. Adətən belə zamanda investorlar hər hansı iqtisadi alətə yatırım etməkdənsə “nağd dollar”-a daha çox üstünlük verirlər. Hesab edirəm ki, sentyabr ayınadək vəziyyət stabilləşəcək, beynəlxalq iqtisadi münasibətlər və aviauçuşlar qısmən bərpa olunacaq, bundan sonra neft 45-50 dollar, bitcoin isə yenidən 15.000 dollardan yuxarı qiymətlərdə ticarət olunacaq.

Müəllif:  Elnur Quliyev

Neftin qiyməti və ölçü vahidi haqqında maraqlı faktlar

Neftin qiymət statistikası: 1973-2020

Dollar yoxsa manat?!

Leave a Reply