Devalvasiya riski: dollar yoxsa manat?!

   Qlobal neft bazarında qiymətlərin kəskin düşməsi Azərbaycanda da böyük narahatlıqla qarşılanıb. Neft gəlirlərindən birbaşa aslı olan dövlət kimi səbəbindən aslı olmayaraq martın 9-dan başlayaraq qiymətlərin kəskin enməsi hər bir vətəndaşı narahat etməyə 3c47c566-1b1b-4f30-8ff3-6ddeb345190f_640bilməzdi. Bunun üçün əsas səbəb manatın devalvasiyası ehtimalının artmasıdır. Martın 10-u yeni iş günün başlaması ilə mövcud durumla bağlı heç bir rəsmi açıqlamaların olmaması şirkətləri, sahibkarları və sıravi vətəndaşları daha da panikaya saldı və nəticədə hər kəs manat depozitlərini və əlində olan nəğd vəsaitlərini təcili olaraq dollara konvertasiya etməyə çalışdı. Bu faktor isə banklarda kassaların qarşısında uzun növbələrin yaranmasına səbəb oldu. Təbii ki, banklar dolara olan tələbin kəskin artmasını nəzərə alaraq dollar satışını limitlə etməyə məcbur qaldılar.

    Hazırda insanları maraqlandıran əsas suallar: Devalvasiya nə vaxt olacaq? Əldə olan manatı dollara təcili konvertasiya etmək lazımdırmı? Neftin hansı qiymətdə olması manatın devalvasiyası riskini artırır?

     İlk növbədə onu qeyd edim ki, son günlərdə dollar ətrafında baş verən ajotajın əsas səbəblərindən biri də maliyyə savadsızlığının kütləvi xarakter daşımasıdır. Heç bir rəsmi açıqlama olmadan cəmiyyətimizin demək olar ki, bütün təbəqələri arasında manatın devalvasiya olacağı xəbəri elə sürətlə yayıldı ki, insanlar kütləvi şəkildə banklara axın etməyə başladı. Hətta son 150-200 manatı olan da banka gələrək saatlarca növbədə puldurub dollar almağa hazır idi. Bunun kimi yüzlərlə dollar almaq istəyənlər olub. Belə davam etsə manatın dollar qarşısında dəyər itirməsinə səbəb neftin qiymətinin düşməsi yox, xalq olaraq özümüzün dollara süni tələbat yaratmağımız olacaq. Kiçik məbləğlə dollar alan vətəndaş anlamalıdır ki, dolları aldıqdan sonra bu məbləği xərcləmək üçün yenidən milli valyutaya konvertasiya etməli olacaq və nəticədə məzənnə fərqindən itkiyə məruz qalacaq. Üstəlik iqtisadi və analitik savadı olamayan bəzi “ekspert”-lər mətbuatda, eləcədə cəmiyyət arasında müxtəlif əsassız açıqlamaları ilə cəmiyyəti çaşdırmaq üçün sanki bir fürsət axtarırdılar. Manata bu qədər inamsızlıq onsuzda valyuta bazarında olan gərginliyi daha da artırıb. Əslində mövcud valyuta bazarındakı ani dollar çatışmamazlığına iqtisadi faktorlardan daha çox psixoloji amillər tәsir edir.

   Neftin qiymətinin hər barelə görə 1 dollar dəyişməsi Dövlət Neft Fondunun cari əməliyyatlar hesabına illik təxminən 250 milyon dolları təsir edir. 2019-cu il dekabrın 6-da OPEC+ ölkələri üzrə gündəlik neft hasilatının 500 min barel azaldılması barədə qərar qəbul edilib və 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan üçün gündəlik neft hasilatı 769 min barel müyyən olunub. Neft Fondunun 2020-ci il üçün  büdcəsinin gəliri 12,384 mlrd. manat təsdiqlənib və bu gəlir nefitin 1 bareli üçün 55 dollar ilə hesablanıb. Əgər qiymət 35 dollar olarsa, Fondun gəlirləri təqribən 5 milyard manat azalacaq və büdcədə kəsr yaranacaq. Çünki cari il üçün xərclər 11,590 mlrd. manat nəzərdə tutulub. Nəticədə isə Neft Fondu öz ehtiyatlarından xərcləməli olacaq. Onu da nəzərə almaq lazımdır ki, hətta nefitn qiyməti 20 dollar olsa belə dövlət büdcəsi istənilən halda icra olunacaq. Bəli, neftin 25-30 dollar və ya daha aşağı qiymətdə olması manatın devalvasiyası riskini artırır. Lakin bu qərarın verilməsi üçün ilk növbədə neftin hansı qiymətə qədər düşməsi deyil, hansı qiymətdə daha çox qala biləcəyi daha önəmlidir. Proqnozlar da əsasən bu qiymətlər üzrərindən aparılır. Faktiki halda ən pis ssenari üzrə devalvasiya riski 1.9-2.1 civarında ola bilər. Lakin bir daha vurğulayıram ki, bunun üçün əsaslı fundamental faktor olmalıdır. 

_ena_96ca051c300294f80218d9156_o

Əslində vəziyyət elə də pis deyil…

     Neft bazarı və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı hazırki vəziyyətdə ölkə iqtisadiyyatının kifayət qədər maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına əsasən strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları isə xarici dövlət borcunu 6 dəfə üstələyir. Mövcud vəziyyətdə manatın yenidən devalvasiyası ehtimalı minimal görsənir çünki ölkənin maliyyə resursları qısa və hətta ortamüddətli dövrdə bunun qarşısının alınması üçün kifayət edir. Sonuncu devalvasiyadan 2020-ci ilin yanvar ayına qədər olan dövr ərzində manat üzrə fiziki şəxslərin əmanətləri 2.8 milyard, hüquqi şəxslərin əmanətləri isə 2.6 milyard manat artmışdır. Mərkəzi Bankın valyuta ehhtiyatları da 4.4 milyard manat artıb. Belə nəticəyə gəlmək olar ki, dollara çevrilməsi mümkün olan maksimum məbləğ 4-5 milyard manatdır ki, bu məbləği Mərkəzi Bank rahat qarşılaya bilər və hazırda əhalinin tələbinin ödənilməsi üçün kifayyət qədər nəğd dollar var. Bununla belə hesab edirəm ki, indiki vəziyyətdə devalvasiyaya getmək daha ciddi problemlər yarada bilər:

  • devalvasiya olacağı təqdirdə iqtisadiyyatın bərpasına sərf ediləcək vaxt və xərc indi 2 milyard dollar satmaqla yaranan problemdən dəfələrlə çox olacaqdır;
  • dövlətin xarici borcları dollarda olduğu üçün daxildən yığılacaq vergilərlə bu borclara xidmət etmək çox çətin olacaqdır.

Rəsmi açıqlamalar…

    Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, neftin qiymətinin 30-34 dollar olmasına dair hökümətin “B” planı mövcuddur. Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hazırda valyuta məzənnəsi ilə bağlı hər hansı bir narahatçılıq üçün əsasın olmadığını deyib. Etiraf etmək lazımdır ki, hazırda cəmiyyətdə rəsmi açıqlamların təsiri bir o qədər də hiss olunmur. Lakin bu iki rəsmi şəxsin açıqlaması onu deməyə əsas verir ki, yaxın zamanda devalvasiya ehtimalı minimaldır.

Nəticə: Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, əlinizdə olan bütün manatları dollara konvertasiya etməyə tələsməyin. Bazarı izləyin, ekspertlərin rəylərinə diqqət edin. Maliyyə resurslarınızı tək dollarla deyil digər maliyyə aktivləri (socar istiqrazları, qızıl, bitcoin və daşınmaz əmlak) ilə diversifikasiya etməyə çalışın.

 

Müəllif:  Elnur Quliyev

 

Neft və kriptovalyuta bazarında “qara” gün

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma