Kriptovalyuta bazarındakı devalvasiya

    Neft bazarı və qlobal iqtisadiyyatda baş verən gərginlik martın 12-də kriptovalyuta bazarına qiymətlərin yenidən düşməsinə səbəb oldu. Bitcoin 1 saat ərzində 17%, ümumilkdə isə sutka ərzində 25% dəyər itirərək 5550 dollara qədər endi. Bitcoin sonuncu dəfə 2019-cu ilin may ayında bu qiymətdə ticarət olunub. Altcoinlər də 25-35% dəyər itirib. Ethereum qiyməti 123, Ripple 0.14, Litecoin 32, Eos 1.92 dollara qədər düşdü.

bitcoin-4

   Kriptovalyuta bazarında qiymətlərin yenidən düşməsinə və “kripto devalvasiya”-ya səbəb olantəkan verən iki əsas fundamental faktor təsir edib:

  1. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus martın 11-i “COVID-19”-nu pandemiya elan edib.
  2. Donald Trump Avropa ölkələrinə (Böyük Britaniya istisna olmaqla) ABŞ-a girişi 30 günlük bağlayacağını bəyan edib.

     Kriptovalyuta bazarı pandemiyanın elanı və ABŞ-ın koronavirus ilə əlaqəli Avropaya giriş qadağasına dərhal sərt reaksiya verdi. Bazarda panik satışlar başladı. Bitcoin 25% dəyər itirməklə bütün bazarı özü ilə aşağı istiqamətdə aparıb. Kriptovalyutaların bazar kapitalizasiyası 29% azalaraq 156 milyard dollara qədər endi.

   Nəzərə almaq lazımdır ki, ilk kriptovalyuta olan bitcoin 2008-ci il maliyyə böhranı nəticəsində yaranıb və son 10 il ərzində ilk dəfədir qlobal dünya bazarlarında olan gərginlik nəticəsində kəskin dəyər itirib. Lakin buna baxmayaraq digər maliyyə aktivləri ilə müqayisədə bitcoin ən “dib” qiymətinı gördükdən sonra qısa müddətdə özünə gəlməyi bacardı. Çünki bir çox investorlar üçün dəyəri 8.000 dollardan baha olan kriptovalyuta çox bahalı investisiya hesab edilirdisə hazırda birjalarda 5.000-5.500 dollar ətrafında ticarət edilən bitcoin daha əlçatan olub. Odur ki, mövcud bazar qiymətləri potensial kripto-investorlar üçün bir fürsətdir. Hesab edirəm ki, indiki vəziyyətdə bankda depozit kimi dollar saxlamaqdansa ən azı 1 bitcoin alıb saxlamaq uzunmüddətli mövqedə daha effektiv olacaq.

Hazırda kriptovalyuta bazarında olan qiymətlər:

image

Müəllif: Elnur Quliyev

Leave a Reply