Kirayə mənzil seçimi başlayıb

   İpoteka və Kredit Zəmanət Fondu 12 mart 2020-ci il tarixindən kirayə mənzil mexanizmi üzrə sənədlərini təqdim edərək Fond tərəfindən razılıq qərarı əldə unnamedetmiş vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi başlayıb. Artıq Fondun razılıq barədə qərarını əldə edən 77 vətəndaşdan 25-i onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib. Mənzil seçimi edən vətəndaşla Fond arasında kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödəməlidir. Bununla  kirayə müqaviləsi qüvvəyə minir və ərizəçi kirayəçi statusu qazanır. Bundan sonra kirayə müqaviləsində nəzərdə tutulan müddət ərzində yaşayış sahəsi kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir. Fond tərəfindən “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi davam etdirilir. Hazırda elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı:

image (7)

     Fond tərəfindən kirayə təklif olunan mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1300 manata yaxın məbləğdir. Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir. Fond tərəfindən təklif olunan kirayə mənzillərin elektron sistemdə qeyd olunan sahəsi, onların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeyd olunan ölçüləri, yəni iç divardan ölçmə üsulu (netto) ilə müəyyən edilən ölçüləridir.

     Kirayə mexanizmi çərçivəsində kirayəçinin ödədiyi aylıq ödənişin məbləği müəyyən xərclər əsasında formalaşır. Bunlar yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, yaşayış sahəsini Fondun sığortalaması ilə bağlı 25xərclərdən, yaşayış sahəsini Fondun saxlaması və idarə etməsi ilə bağlı xərclərdən, ehtiyatlar üzrə ayırmalardan ibarətdir. Hazırda Fondun daxili bazarlardan təmin edilmiş istiqrazların və ipoteka istiqrazlarının emissiyası vasitəsilə cəlbetmə faizi illik 3% təşkil edir. Bundan başqa, Qaydaya əsasən yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır. Bununla bağlı Fond tərəfindən əmlakın bazar dəyərinə uyğun olaraq könüllü sığortası,  icbari sığortası, eləcə də mənzil üzrə mülki məsuliyyətin icbari sığortası həyata keçirilir. Kirayəçinin ödədiyi aylıq ödənişlərin hesablanması zamanı  Fond tərəfindən yalnız yuxarıda qeyd olunan faktiki xərclər nəzərə alınıb və ümumiyyətlə, bu mexanizmin tətbiqində Fondun gəlir əldə etməsi nəzərdə tutulmur.

     Bakıda Mehdi Abbasov küç, 13A, 15 və 138 ünvanlarında yerləşən binalarda mənzil seçənlərin aylıq ödənişləri mənzilin sahəsindən asılı olaraq 653 1.514 manat arasında olacaqdır. Misal üçün:

  • 86,4 kv.m mənzilin alış qiyməti 262.143 manatdır. Yəni, mənzilin 1 kv.m-i 3.034 manata təklif olunur. Bu mənzili seçən 300 ay (25 il) müddətində hər ay 874 manat ödəməlidir. Ilkin ödənişin məbləği 10.486 manatdır. Qabaqcadan ödəniş mənzilin alış qiymətinə daxildir;
  • 102.6 kv.m mənzilin alış dəyəri 302.145 manatdır (1 kv.m 2.944). Aylıq ödəniş 1.007 manat, ilkin ödəniş 12.084 manat;
  • 156 kv.m mənzilin alış dəyəri 454.149 manatdır. (1 kv.m 2.911). Aylıq ödəniş 1.514 manat, ilkin ödəniş 18.168 manat;

  • 66.4 kv.m mənzilin alış dəyəri 196.000 manatdır.  (1 kv.m 2.951). Aylıq ödəniş 653 manat, ilkin ödəniş 7.836 manat. 

       Fond tərəfindən mənzillərin 300 ay müddətinə kirayəyə verildiyini nəzərə alsaq, bu müddət ərzində hər hansı makroiqtisadi göstəricilərin dəyişməsi, mənzil bazarında və kirayə bazarında qiymət dəyişiklikləri, habelə Fondun müqavilə bağlanma anına üzərinə götürdüyü xərclərin artması kirayəçi üçün müəyyən edilən aylıq ödənişin dəyişməsinə səbəb olmur və bu müddət ərzində kirayəçi Fonda sabit məbləğdə aylıq ödənişlər edir. Kirayəçi müqavilənin bağlanmasından 3 il sonra tam ödəniş etmək istədikdə qalıq dövr üzrə xərclər kirayəçiyə güzəşt edilir.

 

Kirayə evlərin siyahısı, qiyməti və satılması qaydaları açıqlandı

Leave a Reply