SOCAR İstiqrazları

     SOCAR İstiqrazları – Azərbaycanın ən böyük şirkəti olan SOCAR tərəfindən 2016-cı ildə buraxılmış qiymətli kağızdır. Nominal qiyməti 1.000 ABŞ dolları olan SOCAR İstiqrazları vətəndaşlara maliyyə alətləri bazarında tamamilə yeni alternativ yatırım imkanı yaratmaqla, bazarda mövcud olan ən sərfəli şərtlərlə – 100 milyon dollar həcmində, illik 5% olmaqla, 5 illik müddətə buraxılıb. SOCAR İstiqrazları üzrə faizlər hər 3 aydan bir olmaqla ildə 4 dəfə ödənilir. Azərbaycanda ilk dəfə olaraq tətbiq olunan SOCAR-ın geri alma zəmanəti ilə istiqrazı istənilən vaxt pula deyişmək olar və onun qiyməti heç vaxt 1.000 dollarından aşağı enmir.

999

  SOCAR İstiqrazlarının buraxılışının əsas səbəbi Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsidir. Eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir.

SOCAR İstiqrazlarının müsbət cəhətləri:

image (8)

    Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti 1.050 dollardır. SOCAR istiqrazlarını 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə etmək mümkündür.

image (9)

 

 

Elnur Quliyev

Leave a Reply