Bitcoin 24 saat ərzində 24% dəyər qazandı

     Martın 20-si Bitcoin 24 saat ərzində 24% dəyər qazanaraq 6.797 dollara qalxdı. Bitcoin-in dəyər qazanması digər altcoinlərin də qiymətinin artmasına səbəb oldu. Ethereum 23%, Bitcoin Cash 30%, EOS və Litecoin 21%, Ripple 16% dəyər qazanıb. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası isə 190 milyard dolları keçdi.

    Bitcoin-in qiymətinin artmasına təsir edən əsas fundamental faktor qlobal bazarda neftin qiymətinin 6% artaraq 30 dolları keçməsi oldu. Bu bir daha onu göstərir ki,  qlobal bazarlarda ümumilikdə investorların əhval-ruhiyyəsinin yaxşı olması kriptovalyuta bazarına da müsbət təsir edir.

image

 

Leave a Reply