“ASAN bot” nədir?

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib.

    “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. “ASAN bot” vasitəsilə vətəndaşlar 24\7 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.

90019861_639882039890373_5930595227201961984_n

 

     “ASAN bot”un bir sıra digər kommersiya botlarından əsas fərqi onun vətəndaşların daxil etdikləri mətni rahat başa düşməsindədir ki, bu da Süni İntellekt texnologiyasına əsaslanır. Çatbot vətəndaşın ilkin müraciətini başa düşməkdə çətinlik çəkdiyi halda isə ona seçim etməsi üçün menyu təklif edir, müraciətə daha detallı yanaşır. “ASAN bot”un ilkin olaraq Teleqram tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulub. Beta versiyasında fəaliyyətə başlayacaq botun gələcəkdə daha da təkmilləşdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu sistem gələcəkdə digər dövlət qurumlarının da bənzər xidmətlərinin göstərilməsi üçün tətbiq ediləcəkdir.

    “ASAN Bot” ilə hazırda aktual məsələ olan Koronavirus pandemiyası haqqında da məlumat almaq, qorunma üsulları barədə maariflənmək mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma