Kriptovalyuta brokerləri

     Kriptovalyuta brokeri – birjalarda və birjadankənar ticarət platformalarında rəqəmsal valyutalarla alqı-satqı əməliyyatları aparan vasitəçidir. 2017-ci ildə kriptovalyutaların qiymətlərinin kəskin artması ənənəvi maliyyə bazarlarından gələn brokerləri bu sektora diqqət göstərməyə məcbur etdi və bu brokerlər başqalarına da rəqəmsal aktivlərin mübadiləsindən pul qazanmağa kömək etməyə başladılar. Treyderlər və korporativ muştərilər adətən iri məbləğli alışlar zamanı kriptobrokerlərin xidmətlərindən istifadə edirlər. Kriptorokerlər öz müştərilərinə müxtəlif statistik məlumatlar, texniki analiz və optimal ticarət strategiyalar şəklində güclü analitik hesabatlar təqdim edirlər.

crypto001

  Kriptovalyuta ticarəti üçün kripto-brokerin əsas üstünlükləri: ticarət əməliyyatlarının icrası sürəti, texniki təhlil aparmaq üçün avtomatlaşdırılmış ticarət proqramlarından istifadə imkanı, stabil və etibarlı xidmət. Hazırda ən populyar kriptovalyuta broker platformaları:

  1. BitMex
  2. FinmaxFX
  3. NordFX
  4. Weltarde
  5. RoboForex
  6. Amarkets
  7. Alpari
  8. SimpleFX
  9. InstaForex
  10. eToro
  11. LH-Crypto

   Kriptovalyuta brokerləri vasitəsi ilə ticarət əməliyyatlarının aparılmasının kritovalyuta birjaları ilə müqayisədə əsas üstünlükləri:

  • əməliyyat təhlükəsizliyinin yüksək səviyyəsi;
  • eyni anda bir çox aktivlərlə ticarəti etməyə imkan verən vahid ticarət platformasının olması;
  • kriptovalyutaların dərin texniki təhlili üçün inkişaf etmiş ticarət instrumetləri;
  • texniki dəstək və təlim proqramları.

Kriptovalyuta brokeri seçərkən bir neçə vacib meyara diqqət yetirmək lazımdır:

  • ticarət əməliyyatlarının vaxtı;
  • komissiyalar;
  • sığorta;
  • proqnozlaşdırma.

     Kriptovalyuta brokerindən istifadə qaydası adi kripto-birjadan prinsipial fərq yoxdu. Bunun üçün brokerin saytından qeydiyyatdan keçmək, brokerin rəsmi saytdan ticarət terminalını quraşdırmaq və hesabı artıraraq əməliyyatlar aparmaq mümkündür.

 

Müəllif:  Elnur Quliyev

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma