Binance birjası CoinMarketCap-ı aldı

   Dövriyyəsinə və ticarət olunan valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance kriptovalyutalar haqqında məşhur analitik portal olan CoinMarketCap.com-u portalını aldığını rəsmən elan etdi. CoinMarketCap-ın alınması ilə bağlı tərəflər arasında danışıqlar 2019-cu ilin noyabr ayından davam edirdi və alış qiymətinin 300 milyon dollar civarında olduğu ehtimal edilir. CoinMarketCap-ın təsisçisi Brandon Chez icraçı direktor vəzifəsini portalın strategiya üzrə direktoru Carylyne Chan-a təhvil verib. CoinMarketCap bundan sonra da müstəqil bir biznes subyekti kimi fəaliyyətini davam etdirəcək.

Binance_coinmarketcap_compra_-

  CoinMarketCap (Cryptocurrency Market Capitalizations) – hazırda kriptovalyutalar, onların qiyməti, sayı və ticarət dövriyyəsi haqqında məlumat əldə etmək üçün ən çox ziyarət edilən veb sayt kimi tanınır. CoinMarketCap, 2013-cü ilin may ayında Brandon Chez tərəfindən təsis edilib və qısa zamanda kriptovalyutaları müqayisə etmək üçün istifadəçilər, təşkilatlar və media üçün ən etibarlı mənbəyə çevrilməyi bacarıb. CNBC, Bloomberg və digər böyük xəbər agentlikləri bir çox hallarda CoinMarketCap-a istinad edirlər. Hətta ABŞ hökuməti araşdırma və hesabat vermək üçün CoinMarketCap-ın məlumatlarından istifadə edir. Alexa.com məlumatına əsasən CoinMarketCap dünyanın ən çox ziyarət olunan 500 saytından biridir. 

 

Müəllif:  Elnur Quliyev

Leave a Reply