8103 SMS icazənin müddəti artırıldı

    27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. 27 aprel tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığı üçün 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq:

  • 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
  • 2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);
  • 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Bununla belə, ölkə üzrə 2020-ci il 27 aprel tarixindən etibarən:

1. “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2. Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

  • fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
  • kitab satışı
  • qəzet satışı
  • dəftərxana mallarının satışı
  • çap və surətçıxarma fəaliyyəti
  • fotoatelye/fotostudiyalar
  • fərdi mənzillərdə təmizlik xidmətləri
  • dərzi xidmətləri
  • kosmetika və ətriyyat satışı
  • geyim satışı
  • ayaqqabı və dəri məmulatlarının satışı
  • qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
  • mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
  • kompüter avadanlıqlarının satışı və təmiri
  • elektronika və məişət texnikasının satışı
  • mebel satışı
  • avtomobil satışı
  • kimyəvi məhsulların satışı
  • gül və bitki məhsullarının satışı
  • kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
  • gübrə və aqrokimyəvi məhsulların satışı

 

Karantin rejimindən çıxış planı üzrə TƏKLİFLƏR

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma