Koronavirus pandemiyası səbəbi ilə canlı görüşlərin keçirilmədiyi bir vaxtda Binance birjası 30 aprel tarixində rusdilli auditoriya üçün ekskluziv onalyn-konfrans keçirəcək. Təqdimatlar Binance-nin rəsmi YouTube kanalında Moskva vaxtı ilə saat 15.00-18.00 yayımlanacaq. Lakin spikerlərlə Q&A sessiyalarının keçirilməsi və mükafatlar qazanmaq imkanı yalnız konfransın onlayn izləyiciləri üçün əlçatan olacaq.
Konfransda çıxışı planlaşdırılan spikerlər və panel mövzular:
- Changpeng Zhao – Binance-in icraçı direktoru Binance ekosistemi barədə məlumat verəcək və auditoriyanın suallarına cavab verəcək;
- Gleb Kostarev – Binance-nin Rusiya və MDB üzrə rəhbəri;
- Cardano, NEO, Waves, Solana proyektlərinin nümayəndələrinin iştirakı ilə “COVID-19 zamanı kriptoiqtisadiyyat” mövzusu müzakirə ediləcək;
- P2P platformasının təqdimatı və Binance-nin Rusiya və Ukrayna üzrə P2P ticarətinə dair xüsusi təkliflər;
- Binance Online Super Meetup iştirakçılarına BNB AirDrop şəklində hədiyyələr.
Konfransda iştirak üçün qeydiyyat