Aprelin 29-su kriptovalyutaların pioneri olan bitcoin sutka ərzində 11% dəyər qazanaraq növbəti psixoloji hədd olan 8000-ni keçərək 8669 dollara qədər artmağı bacardı. Növbəti hədəf 9000 dollardır. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası isə 245 milyard dollara qalxdı.
Bitcoinin qiymətinin artmasına səbəb olan əsas fundamental faktor kimi mayın 13-ü bitcoin şəbəkəsində baş verəcək “bitcoin halvinq”-i göstərmək olar. Halving (yarıya bölünmə) – bitcoin şəbəkəsində maynerlәrә hər yeni blok əlavə etdiyi üçün verilən mükafatın həcminin iki dəfə azaldılmasıdır.