Ünvanlı dövlət sosial yardımı üçün müraciət qaydaları

    Ünvanlı dövlət sosial yardım (ÜDSY) – dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən vəsaitdir. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı isə ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunur.

Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər.

747ec0d5-96b8-4911-9de9-6f450c77c0bc_930

   Ünvanlı sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Yardım alan aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələr:

    Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan (hazırda ehtiyac meyarının həddi 160 manat təşkil edir) aşağı olan aztəminatlı ailələr ÜDSY almaq hüququna malikdirlər. Orta aylıq gəliri onlardan asılı olmayan səbəblər dedikdə aşağıdakı hallar nəzərdə tutulur:

  • Şəxsin əlil olması;
  • Şəxsin əmək pensiyaçısı olması;
  • Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
  • Şəxsin 23 yaşadək əyani təhsil alması;
  • Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
  • Şəxsin azadlıqdan məhrum edilməsi.

Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edilməsi qaydası:

     Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:

  • Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
  • Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.

     Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında  “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət edir. Müraciət qeydiyyata alındıqdan sonra komputerin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.

Vətəndaşlar “Ərizə-bəyannamə” doldurduqları zaman diqqət edilməli məqamlar:

  • Ailə tərkibinin düzgün göstərilməsi;
  • Yaşadığı ünvanın düzgün göstərilməsi;
  • Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
  • Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi;
  • Torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
  • Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.

manat-kal

Ünvanlı dövlət sosial yardımın təyin olunması və ya imtina edilməsi qaydası:

     ÜDSY-nin alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq olduqda, ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda, VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir və nəticələrini VEMTAS-a ötürür. “Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə qərar çıxarılır. ÜDSY onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

       Aşağıdakı hallarda ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilir:

  • “Ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatların VEMTAS üzərindən və ya maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (2020-ci il üçün 190 manat müəyyən edilmişdir) 12 mislindən çox, yəni 190*12=2280 manat məbləğində alqı-satqı etdikdə;
  • Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
  • Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 190 manat təşkil edir) 10 faizindən, yəni 190*0.1=19 manatdan çox olduqda.

Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 19 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 19*5=95 manat təşkil edəcək;

  • Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Ünvanlı sosial yardım təyin edilmiş ailə aşağıdakılar barədə məlumat verməlidir:

  • ailə üzvlərindən hər hansı biri kredit götürdükdə;
  • işləyən ailə üzvlərinin əmək haqları dəyişdikdə;
  • işləyən ailə üzvlərindən hər hansı biri işdən çıxdıqda;
  • işləməyən ailə üzvlərindən hər hansı biri işə düzəldikdə;
  • uşaq doğulduqda;
  • ailə üzvlərindən hər hansı biri vəfat etdikdə;
  • ailə üzvlərindən hər hansı biri digər ünvana köçdükdə.

    Ünvanlı sosial yardım təyin edilmiş ailələr arasında mütəmadi monitorinqin keçirilməsi:

     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhər və rayonlar üzrə seçmə qaydada monitorinq keçirilir. Əgər Nazirliyin nümayəndələri tərəfindən ÜDSY-nin verilməsinin dayandırılmasına (5-ci hissədə sadalanan hallar) səbəb ola biləcək hallar aşkar edildikdə, həmin ailəyə təyin edilmiş ÜDSY dayandırılır və ailənin ÜDSY-nin alınması üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. ÜDSY-nin dayandırılmasına səbəb olan hallar baş verdiyi tarixdən sonra ÜDSY-nin artıq ödənilmiş hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə qaytarılır.

 

Mənbə: sosial.gov.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma