“Bitcoin Halving” baş tutdu

    Mayın 11-i Bitcoin şəbəkəsində növbəti – üçüncü “bitcoin halving” baş verdi. Halving AntPool mayninq pulu tərəfindən tapılan 630000-cu blokda baş verdi və bundan sonra hər tapılan blok üçün mükafat 12.5-dən 6.25 BTC-yə endirildi. Bitcoin mayninqi üzrə mükafatlandırma sisteminin hər dörd ildə yarıya endirilməsi Satoşi Nakomotonun “təklifin tələbi üstələməməsinə zəmanət verməsi” ideyasıdır.

block630-min

      Bitcoin şəbəkəsinin mükafatlandırma sistemi şəbəkə fəaliyyətini avtomatik təhlili edir və əməliyyatların işlənməsi üçün lazım olan hesablama gücünün həcmini tənzimləyir. Nəticədə, maynerlər qazanc əldə etməyə davam edəcəklər çünki bazarda BTC təklifi azalacaq və gələcəkdə qiymət artımına səbəb olacaq. 

    Halving-dən sonra bitcoin dəyər qazanmaq əvəzinə qiymətinin düşməsi ilə nəticələndi. Belə ki, bitcoin 9986-dən 8780 dollara qədər dəyər itirdi. Ekspertlər hesab edir ki, bu müvəqqəti xarakter daşıyır və yaxın 4-6 ay ərzində bitcoin yenidən dəyər qazanacaq. Lakin bu zaman sual yaranır ki, hər bir blok üzrə mükafatın 2 dəfə azaldılması maynerlər üçün sərfəli olacaqmı? Bəzi hesablamalara əsasən maynerlərin maddi baxımdan qazanclı qalması üçün bitcoin-in qiyməti təxminən 15.000 dollar və ya daha çox olmalıdır.

as-bitcoin-halving-2020-approaches-on-chain-scaling-becomes-vital-1

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma