“Green Card” nədir?

Green Card ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Greencard aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə girib çıxmaq hüququ əldə edirsiniz. Greencard sahibi, Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.

Green Card proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb və əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır. Hər il müraciət edənlərin içərisindən 50.000 şəxs qalib olur və onlar ABŞ-da leqal formada köçə bilirlər. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi fomada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur.

“Green Card” viza lotereyasına müraciət etmək üçün orta məktəbi bitirmək kifayətdir. Özünüzlə bağlı məlumatları daxil etməklə lotoreyaya müraciət ünvanlamaq mümkündür. Proqramda iştirak etmək üçün online müraciətinizi ünvanlamanız lazımdır. Müraciət etmək üçün ingilis dili bilmək tələb olunmur.

Leave a Reply